Mühasib
 
JOB TITLE: Mühasib
EMPLOYER: IDC 2000 LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-06 LAST UPDATED: N/A DEADLINE: 2018-08-05

Mühasib:

Əsas vəzifə öhdəlikləri:

• Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi;
• Nəğd pul və bank ödəmələrinə nəzarət;
• Daxili mühasibatlıq sistemində köçürmələrin idarə edilməsi;
• Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsinin həyata keçirilməsi;
• İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin, əmək haqqı fondunun sərf olunmasının, pul vəsaitlərinin, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarlaşmasının, mühasibat uçotu və hesabatının təşkilinin yoxlanılması və müəssisənin bölmələrində sənədli təftişin qaydalarına riayət edilməsinə nəzarət;
• Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi;
• Gündəlik və aylıq anbar hərəkəti və anbar qalığını göstərən hesabatların yoxlanılması;
• Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması;

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (rus və ingilis dilləri arzu olunandır);
• Kompüter bilikləri (Microsoft Office, əsasən də Excell ve Word programlari);
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Ünsiyyət qurmaq, kollektivdə işləmək və yaxşı komanda üzvü olmaq bacarığı.

İş şəraiti:

İş günləri: həftənin 5 günü, istirahət şənbə və bazar.
İş saatı: 08:00 – 18:00
Qeyd: Əmək haqqı müsahibə zamanı təyin ediləcəkdir.

E - mail : h.huseynova@idc.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP