Kredit mütəxəssisi
 
JOB TITLE: Kredit mütəxəssisi
EMPLOYER: Wentto Electronics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-06 LAST UPDATED: N/A DEADLINE: 2018-08-05

Vəzifənin adı: Kredit mütəxəssisi

Şirkət: “Wentto Electronics” MMC

“Wentto Electronics” MMC “Kredit mütəxəssisi” vəzifəsinə vakansiya elan edir.

Şirkətimiz haqqında:

“Wentto Electronics” MMC 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. Apple, Samsung, LG, Xiaomi, Panasonic, HP, Lenova, Canon, Nikon və s. məşhur brendlərin satışını həyata keçirir. Savadlı, dinamik və məsuliyyətli şəxslərlə əməkdaşlıq etmək prioritetlərimizdən biridir.

İş haqqında məlumat:

- İş yeri: “Wentto Electronics” MMC-nin filialları
- İş qrafiki: Həftədə 6 gün iş, 1 gün istirahət
- İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır
- Əməkhaqqı: 400 azn + BONUS
- İş saatları: 09:00 – 20:00

Kredit mütəxəssisinin vəzifələri:

- Müştərilərin qəbul etmək və onlara kredit şərtləri haqqında məlumat vermək;
- Müştərilərin ödəniş qabiliyyətli olub-olmadığını analiz etmək;
- Kredit ödəmə qabiliyyətinə malik müştərilərlə kredit rəsmiləşdirilməsini həyata keçirmək;
- Aylıq ödənişləri həyata keçirmək üçün müraciət etmiş müştəriləri qəbul etmək və xəzinədarlığa yönəltmək;
- Verilmiş kreditləri təqib etmək, ödənişlərin gecikdirilməməsini təmin etmək.

Gələcək əməkdaşlarımıza qarşı tələblər:

- Dil bilikləri: Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan dili, yaxşı səviyyədə şifahi Rus dili biliyi olmalıdır;
- Kompüter bilikləri: Yüksək səviyyədə kompüter istifadə bacarığı olmalıdır. MS Office (minimum Word və Excel) proqramlarından sərbəst istifadə edə bilməlidir. (Mütləq şəkildə istifadə edə bildiyiniz digər proqramları CV-də qeyd edin);
- Şəxsi keyfiyyətlər: Savadlı, dinamik, məsuliyyətli, dəqiq və intizamlı olmalıdır;
- Xarici görünüşü: Səliqəli xarici görünüşə malik və gülərüz olmalıdır;
- İş təcrübəsi: Kredit mütəxəssisi kimi minimum 2 il iş təcrübəsinə malik olmalıdır. Mobil telefonların, məişət avadanlıqlarının kreditli satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;

CV-lərinizi email vasitəsilə mövzu (Subject) hissəsinə “Kredit mütəxəssisi” qeyd etməklə info@wenttotelecom.az ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP