 Direktor
Gilan Kənd Təsərrüfatı Qrupu Ağcabədi rayonunda yerləşən Süd emalı Zavoduna Direktor vakansiyasına təcrübəli rəhbər axtarır.
Vəzifələri:
• Müəssisənin İllik büdcəsinin və tədbirlər planının müəyyən edilməsi və idarəetmə sisteminin təkmilləşdirilməsinin təşkil edilməsi; • Müəssisədə istehsalın təşkili və hazır məhsul planlarının yerinə yetirilməsinə nəzarət edilməsi; • Müəssisənin davamlı fəaliyyəti üçün vacib olan xammal, material və c. üçün təchizat planının hazırlanması; • Müəssisənin qarşısında qoyulan istehsal planlarının yerinə yetirilməsinə nəzarətin təmin edilməsi; • Müəssisədə çalışan işcilər tərəfindən vəzifə öhdəliklərinin icrasına və onların hazırlıq səviyyəsinə daim nəzarət edilməsi; • İşçilər tərəfindən texnoloji, istehsal və əmək intizamına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarına riayyət olunmasına daim nəzarət edilməsi; • Müəssisədə biznes proseslərin tətbiq olunmasına nəzarət edilməsi; • Mövcüd biznes proseslərin təkmilləşdirilməsinə dair təkliflərin irəli sürülməsi;
Tələblər:
• Ali təhsil; • Müvafiq vəzifədə minimum 5 illik iş təcrübəsi; • Azərbaycan dili mükəmməl, İngilis və Rus dili bilikləri arzuolunandır. • Kompüter və idarəetmə metodları (ERP sistemi) haqqında biliklər • Biznes və şəxsi keyfiyyətlər: məsuliyyət, dürüstlük, nəticələrə diqqət, yüksək təşkilati və ünsiyyət bacarıqları. • Qərar qəbul etmək və məsuliyyət almaq bacarığı; • İstehsal avadanlıqları və texniki iş qaydaları haqqında biliklər;
Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin: https://hr.gilanholding.com/v/4827#
|