Şirkət: Railway Logistics Company Vəzifə: Vaqon təminatı şöbəsinin mütəxəssisi İş yeri: Bakı, Marine Plaza Maaş: 500-700 AZN
Öhdəliklər:
• Müştərilər tərəfindən göndərilən sorğunun operativ və dəqiq cavablandırılması; • Excel proqramında məlumat bazasını yaratmaq və lazım olan hesabatları operativ hazırlamaq; • Şirkətə aid olan vaqonların hərəkətinin izlənilməsi, lazımi hesabatların tərtibi və müvafiq şöbələrə məlumatın ötürülməsi;
Tələblər:
• Riyazi sahədə ali təhsil; • Excel proqram təminatında əla səviyyədə işləmək bacarığı; • Azərbaycan dilində sərbəst danışıq və yazma bacarığı, rus-dilini bilənlərə üstünlük veriləcək; • Riyazi bilik, dəqiqlik, araşdırma qabiliyyəti; • Dəmiryolu üzrə logistika sahəsində təcrübəsi olanlara üstünlük veriləcək;
Xahiş olunur CV-lərinizi 26 İyul 2018-ci il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Vaqon təminatı şöbəsinin mütəxəssisi” qeyd etməklə hr@logistics.com.az adresinə göndərəsiniz.
Xahiş edirik, nəzərə alasınız ki, yalnız seçilən namizədlərlə əlaqə saxlanacaq.
|