Marketinq menecer
 
JOB TITLE: Marketinq menecer
EMPLOYER: Embawood DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-09 LAST UPDATED: N/A DEADLINE: 2018-08-08


 
1996-cı ildən fəaliyyətə başlamış Embawood şirkəti 20 ildən artıqdır ki, müştərilərinin xidmətindədir. Bu period ərzində şirkətdə böyük dəyişikliklər baş vermişdir. Şirkət müştəri yönümlü strategiyanı özünün əsas prinsipi olaraq seçmiş və bu istiqamətdə əsaslı işlər görmüşdür.

Mebeldə arzulanan tərzi duya bilmək üçün keyfiyyət sistemi yeniləndi. Almaniyadan dəvət olunmuş konsaltinq şirkəti keyfiyyət sistemini daha yüksək səviyyəyə qaldırmaqla, istehsalata sözün əsl mənasında “alman keyfiyyəti”ni gətirdi.

Xidmət səviyyəsi daha yüksək pilləyə qaldırıldı. Müştəri xidməti xətti və satışdan sonrakı xidmət sistemi quruldu. Fəaliyyət göstərilən bütün ölkələrdə mebel alışından sonra 24 saat ərzində pulsuz çatdırma və quraşdırma xidməti göstərilir. Standart olaraq məhsulların zəmanət müddəti 2 ildir.

Məhsul portfelində çeşid çoxluğu, müasir və dəbdəbəli dizayn, keyfiyyətə nəzarət, satışdan sonrakı xidmət, müştəri yönümlülük kimi prinsiplər Embawood şirkətinə məhsullarını xarici ölkələrə də təklif etmək imkanı yaradır.

İş yeri: Bakı, Azərbaycan

Vəzifə adı: Marketinq menecer

Iş qrafiki: 5 günlük / saat 08:30 – 17:30

Işin təsviri:

- Bazar qiymətlərinin araşdırılması,
- Yeni məhsulların araşdırılması və ərsəyə gətirilməsi,
- Qiymətqoyma siyasətinin müəyyənləşdirilməsi,
- Kampaniyaların strategiyasının hazırlanması,
- Satış kanallarının müqayisəli analizlərinin aparılması və hesabat,
- Qiymət sərgilənməsi və endirim proseslərinin həyata keçirilməsi.

Tələblər :

- Ali təhsil;
- 2 il iş təcrübəsi
- "MS Office"-də işləmə bacarığı;
- Qrupla işləmə bacarığı;
- Özünü təqdim etmə və uğurlu ünsiyyət qurma bacarığı;
- Analitik düşüncə, yüksək öyrənmə istəyi:
- Ezamiyyətə getmək;
- Rus, ingilis dili yüksək səviyyədə bilmək:

Yaş həddi: 25-35 yaş

Xahiş olunur CV göndərərkən mövzu yerinə tələb olunan vakansiyanı ” Marketinq menecer“ qeyd edib bu ünvana göndərəsiniz.  hr@embawood.com  

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP