Satış mütəxəssisi
 
JOB TITLE: Satış mütəxəssisi
EMPLOYER: Wentto Electronics DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-10 LAST UPDATED: 2018-07-10 DEADLINE: 2018-08-09

Vəzifənin adı: Satış mütəxəssisi

Şirkət: “Wentto Electronics” MMC

“Wentto Electronics” MMC “Satış mütəxəssisi” vəzifəsinə vakansiya elan edir.

Şirkətimiz haqqında:

“Wentto Electronics” MMC 2010-cu ildən başlayaraq fəaliyyət göstərir. Apple, Samsung, LG, Xiaomi, Panasonic, HP, Lenova, Canon, Nikon və s. məşhur brendlərin satışını həyata keçirir. Savadlı, dinamik və məsuliyyətli şəxslərlə əməkdaşlıq etmək prioritetlərimizdən biridir.

İş haqqında məlumat:

-  İş yeri: “Wentto Electronics” MMC-nin filialları;

-  İş qrafiki: Həftədə 6 gün iş, 1 gün istirahət;

-  İşə qəbul: AR Əmək Məcəlləsinə əsasən sənədləşmə aparılır;

-  Əməkhaqqı: 300 azn + BONUS

-  İş saatları: 09:00 – 20:00

Satış mütəxəssisinin vəzifələri:

- Müştəriləri qarşılamaq və onlara məhsullar haqqında məlumat vermək;

- Müştərilərin tələbatını düzgün qiymətləndirmək və optimal təklifi irəli sürməklə satışı həyata keçirmək;

- Müştəri xidməti işini yüksək səviyyədə icra etmək;

- Vitrinlərə nəzarət etmək;

- Filialın anbar qalığına nəzarət etmək və vaxtında Mərkəzi Anbara sifarişlər göndərmək.

Gələcək əməkdaşlarımıza qarşı tələblər:

- Dil bilikləri: Yüksək səviyyədə yazılı və şifahi Azərbaycan dili, yaxşı səviyyədə şifahi Rus dili biliyi olmalıdır;

- Kompüter bilikləri: Yaxşı səviyyədə kompüter istifadə bacarığı olmalıdır. MS Office (minimum Word və Excel) proqramlarından sərbəst istifadə edə bilməlidir. (Mütləq şəkildə istifadə edə bildiyiniz digər proqramları CV-də qeyd edin);

- Şəxsi keyfiyyətlər: Savadlı, dinamik, məsuliyyətli, dəqiq və intizamlı olmalıdır;

- Xarici görünüşü: Səliqəli xarici görünüşə malik və gülərüz olmalıdır;

- İş təcrübəsi: Satış mütəxəssisi kimi minimum 2 il iş təcrübəsinə malik olmalıdır. Mobil telefonların, məişət avadanlıqlarının satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcək.

CV-lərinizi email vasitəsilə mövzu (Subject) hissəsinə “Satış mütəxəssisi” qeyd etməklə info@wenttotelecom.az ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP