Satış assistenti (təcrübə tələb olunmur)
 
JOB TITLE: Satış assistenti (təcrübə tələb olunmur)
EMPLOYER: Grand Motors DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-11 LAST UPDATED: N/A DEADLINE: 2018-08-10

Vəzifə: Satış assistenti (təcrübə tələb olunmur)

İş barədə qısa məlumat:

Grand Motors şirkəti iş təcrübəsindən asılı olmayaraq satış sahəsində kariyera qurmaq istəyən gənclər üçün vakansiya elan edir. Satış barədə nəzəri biliklərə sahib olan, yaxşı ünsiyyət qabiliyyətlərinə malik, səliqəli və enerjili namizədlər aşağıdakı e-mail ünvanına cv formalarını göndərə bilərlər.

İşə qəbul edilən namizədlərə 2 ay müddətinə təlimlər keçiriləcək, təlimlərdən uğurla keçən işçilər bonuslarla təmin ediləcək. Şirkət işçilərin peşəkar inkişafı üçün bütün şəraiti yaradır.

Satış assistentinin vəzifələri:

- Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi və müştərilərlə yeni biznes münasibətlərinin qurulması
- Müştəri bazasının formalaşdırılması
- Cəbuni Koreya istehsalı olan Kixx yağlarının satışının həyata keçirilməsi
- Müqavilələrin hazırlanması və bağlanması
- Şirkətin satış həcminin artırılmasına dəstək
- Yüksək səviyyədə müştəri xidmətinin təmin olunması

Vakansiyanın tələbləri:

- Marketinq, satış, biznesin inkişafı və vakansiyaya uyğun olan hər hansı bir bakalavr dərəcəsi.
- Azərbaycan və İngilis dili (upper-intermediate) biliyi
- Müştəri ilə ünsiyyət qurmaq bacarığı
- Aktiv və çalışqan
- Təzyiq altında işləmək bacarığı
- Yalnız kişi namizədlər nəzərdən keçirilir

İş qrafiki:

- Bazar ertəsi – Cümə:  8:30  - 17:30
- Şənbə : 10.00  – 16.00

- Əmək haqqı: 350 - 400 AZN + bonus (%)

Vakansiya ilə maraqlanan şəxslər öz CV-lərini hr-cv@grandmotors.az ünvanına  mövzu yerində “Satış assistenti” yazaraq göndərə bilərlər. Yalnız yuxarıda göstərilən tələblərə cavab verən şəxslər müsahibə üçün dəvət olunacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP