Tur menecer (xanım namizədlər )
 
JOB TITLE: Tur menecer (xanım namizədlər )
EMPLOYER: Assistance Tour DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-11 LAST UPDATED: 2018-07-11 DEADLINE: 2018-08-10

Turizm şirkətində tur menecer vakansiyası.

Şirkət: Assistance Tour

Baş ofis: Golden Coast Hotel

Təcrübəsiz şəxslər də müraciət edə bilərlər.

İş barədə məlumat:

- Müxtəlif istiqamətlər üzrə fərdi və qrup turlarının hazırlanması;
- Müştərilərdən gələn sorğuların vaxtında və işgüzar formada cavablandırılması;
- Müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması;
- Otellərin bronlaşdırılması;
- Xarici turistlərə ölkədaxili turların satışının artırılması.

İş saatları:

Həftəiçi 10:00–19:00;
Şənbə günü 10:00-16:00;
İstirahət günü - Bazar günü;

Namizədə tələblər:

- Tur menecer kimi turizm sahəsində iş təcrübəsi vacib deyil, lakin üstünlükdür
- Azərbaycan və rus dillərini yüksək səviyyədə, ingilis dilini ən azı intermediate səviyyədə bilmək
- Kompüterdə işləmək bacarığı (MS Office proqramları, İnternet, MS Outlook, və s.)
- Səlis və işgüzar danışıq bacarığına malik olmaq
- Məsuliyyətli və diqqətli olmaq
- Mühitə tez uyğunlaşmaq və komandada işləmə qabiliyyətinə malik olmaq
- Yalnız xanım namizədlər

Əmək haqqı:

300 AZN net + satışdan komissiya.

Təcrübəsi olmayan və ya kompüter biliyi lazımi səviyyədə olmayan şəxslər ilk 2 ayı ödənişli olaraq təcrübə keçəcəklər, daha sonra tam ştat işə başlayacaqlar. Təcrübəçilər 100 AZN net + satışdan faiz formasında maaş alacaqlar. Təcrübəçilərlə müqavilə imzalanacaq və 2 ay sonra müqavilənin şərtlərinə əsasən Tur menecer olaraq fəaliyyətlərini davam etdirəcəklər.

Şəkilli CV-lərinizi "Tur Menecer" başlığı altında info@assistancetour.com elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.
Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP