
METAL KONSTRUKSIYA İSTEHSALI SAHƏSİNDƏ KEYFİYYƏTƏ NƏZARƏT ÜZRƏ MENECER
İmprotex İndustries MMC – Metal Konstruksiya və Üstqurğular Zavodu Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
Hörmətli iş axtaran yoldaş, Sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəziənin tələblərinə tam uyğun hesab edirsinzsə, buyurub, bizimlə əlaqə saxlayın.
Tələblər:
- Mühəndislik və metallurgiya sahəsində ali təhsil; - Metalkonstruksiya istehsalı sahəsində ən azı 6 il iş təcrübəsi; - Metalkonstruksiya istehsalı ilə bağlı keyfiyyətə nəzarət sahəsində azı 3 il iş təcrübəsi; - TWI 3.1 və digər müvafiq peşəkar sertifikatların olması arzu olunandır; - İş planlama və təşkil etmə bacarığı; - MS Office, AutoCAD; - İşçi səviyyədə İngilis və Rus dili bilikləri mütləqdir; - Diqqətlilik və məsuliyyətlilik.
Vəzifələr:
- Müəssisənin istehsal etdiyi məhsulların keyfiyyətinə nəzarətin aparılması; - Məhsulun texniki sənədlərlə təsdiq edilmiş tələblərə, göndərilmə və müştərilərlə bağlanan müqavilələrin şərtlərinə uyğunluğunun yoxlanılması; - İstehsalat intizamının möhkəmləndirilməsi; - Məhsulun yüksək texniki səviyyəsi və keyfiyyətinin təmin edilməsi üzrə işlərin təşkil edilməsi; - Müəssisəyə daxil olan mal-materialların yoxlanılması, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanması; - İstehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun müştərilərə göndərilənədək müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə nəzarətin təmin edilməsi; - Məhsulun keyfiyyətinin yüksəldilməsi üzrə keyfiyyətin idarə edilməsi sisteminin, nəzarət əməliyyatlarının mexanikləşdirilməsi və avtomatlaşdırılımasını nəzərdə tutan daha mükəmməl nəzarət metodlarının yaradılması, məhsulun qüsursuz təhvili sistemlərinin tətbiqi tədbirlərinin işlənib hazırlanması; - Zay məhsul, onun səbəbləri və təqsirkarlarının uçotunun aparılması; - Qüsurlu iş və ya materialların düzəldilməsinin və ya dəyişdirilməsinin tələb edilməsi; - Hazır məhsulun qablaşdırılmasına, yüklənməsinə və daşınmasına nəzarət edilməsi; - Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması; - Keyfiyyətə Nəzarət Planının hazırlanması; - Müəssisədə mövcud İSO standartlarına uyğun forma və qaydalara uyğun olaraq hesabatların aparılması; - Keyfiyyətə nəzarət proseduralarının tətbiq edilməsi; - Müvafiq təlimatların işlənib hazırlanmasında iştirak; - İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak; - Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatların hazırlanıb təqdim edilməsi; - Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.
İş şəraiti:
- Ofis şəraiti; - Yüksək əmək haqqı; - Tikinti sahələrinə getmək üçün nəqliyyat təmin olunur.
Əlaqə: office@improtex-industries.az
|