
METAL KONSTRUKSİYASI ÜZRƏ MÜHƏNDİS
İmprotex İndustries MMC – Metal Konstruksiya və Üstqurğular Zavodu. Ünvan: Qaradağ rayonu, Salyan Şossesi, 15-ci km
Hörmətli iş axtaran yoldaş. Sizdən xahiş edirik ki, vakant vəzifənin tələbləri ilə tanış olduqdan sonra, əgər özünüzü bu vakant vəzifənin tələblərinə uyğun hesab edirsinzsə, buyurub bizimlə əlaqə saxlayın.
Tələblər:
- Müvafiq sahədə ən az 5 il iş təcrübəsi; - Müvafiq sahədə ali təhsil (İnşaat-Mühəndis); - MS Office, AutoCAD, TEKLA Structures, 3ds Max, SolidWorks, LIRA və s. xüsusi mühəndislik proqramlarını yaxşı dərəcədə bilməli; - İşçi səviyyədə Ingilis dili və Rus dili bilikləri mütləqdir; - Layihələrlə iş bacarığı; - Metraj, kəsim, analiz edə bilməli; - İşin vaxtında və keyfiyyətli təhvil verilməsi, müstəqil və qrup daxilində işləmək bacarığı olmalı; - İş planlama və təşkil etmə bacarığı olmalı; - Tikintidə sərf edilmiş əsas materialların istehsalat normaları ilə müqayisəli hesabatını tərtib etməyi bilməli; - Materiallar hesabatını tərtib etməyi bilməli; - Forma-2 tərtib etməyi bilməli; - İşçi saglamlığı və güvənliyi mövzusunda həssas olmalıdır.
Vəzifələr:
- Statik və dinamik hesabatların yoxlanması; - Memarlıq və mühəndis cizgilərdən ibarət olan layihə paketlərinin analizi; - Struktur cizgilərin və hesablamaların hazırlanması; - Müxtəlif təyinatlı metal konstruksiya layihələri üzrə mühəndislik işlərinin görülməsi; - Layihələrin texniki və səmərəliliyi üzrə araşdırmaların aparılması; - Ehtiyac olduqda layihə ərazilərinə səfər və nəzarətin həyata keçirilməsi; - İş xüsusiyyətlərinin təyin edilməsi və tender prosedurlarında mühəndis dəstəyinin göstərilməsi.
İş şəraiti:
- Ofis şəraiti; - Yüksək əmək haqqı; - Tikinti sahələrinə getmək üçün nəqliyyat təmin olunur.
Əlaqə: office@improtex-industries.az
|