
Vəzifə: İnformasiya Texnologiyaları İdarəsi - ATM və POS Terminalların texniki dəstəyi üzrə əməkdaş
İş qrafiki: 09:00 - 18:00 / Bazar ertəsi - Cümə Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil; • Bu sahədə ən azı 1 (bir) il iş təcrübəsi; • Kompyuter bilikləri; • ATM və POS terminalların iş prinsiplərinə dair biliklər; • ATM və POS terminalların elektron və mexaniki hissələri barədə biliklər; • ATM və POS terminalların fəaliyyət göstərən proqram təminatının sazlanmasını, baş verən xətaların müəyyən olunmasını və aradan qaldırılma üsüllarını bilmək; • Öz işində yeniliklər tətbiq etmək bacarığı; • Ən azı B kateqoriya sürücülük vəsiqəsi.
İŞİN TƏSVİRİ:
• ATM və POS-terminalları mütəmadi profilaktikası və təmizlənməsi həmçinin təmiri (kart-rider, dispenser, qəbz printeri, və s.); • Dispenserə texniki xidmət və kasetlərə nəzarət; • ATM və POS-terminalların Komputer mexanizminə nəzarət (proqram, konfiqurasiya və s.); • İnkosassiya prosesində yaranan problemlərin aradan qaldırılması; • Pulların dəyişdirilməsi - bir nominaldan başqa nominala keçməsi və kasetlərin valyutasının dəyişdirilməsi; • Yeni ATM və POS-terminalların quraşdırılması, proqramlaşdırılması və monitorinqi.
QEYD: Tələblərə uyğun olmayan və mail-da "Mövzu" qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan "CV" - lərə baxılmayacaq. CV - lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E - mail: cv@xalqbank.az
Telefon: (012) 404 43 39 Faks: (012) 404 43 34
|