Audit (təftişçi)
 
JOB TITLE: Audit (təftişçi)
EMPLOYER: IDC 2000 LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-12 LAST UPDATED: 2018-07-12 DEADLINE: 2018-08-11

Audit (təftişçi)

Vəzifə öhdəlikləri:

• İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
• Müəssisə və onun bölmələri ilə marketlər, pərakəndə və topdansatış məntəqələri arasında mövcud ticarət və maliyyə fəaliyyətinin sənədlərini qüvvədə olan təlimat və əsasnamələrə uyğun olaraq plan və xüsusi tapşırıq əsasında təftiş edir;
• Təftişin nəticələrini vaxtında rəsmiləşdirir və lazımi tədbirlər görmək üçün onları şöbə müdirinə təqdim edir;
• Təftiş olunan obyekt üzrə aşkar edilmiş pozuntu hallarını və çatışmazlıqları aradan qaldırmaq, görülmüş işlərin nəzarət-yoxlamalarını keçirmək haqqında göstərişlər verir;
• Qəbul olunmuş pul vəsaitlərinə, məhsulların satışında tətbiq olunmuş faiz güzəştlərinin düzgünlüyünə, vaxtlılığına və tamlığına, iadələrə, satış prosesinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat uçotunda vaxtında əks etdirilməsinə, materialların, yanacağın, pul vəsaitinin sərf olunmasının düzgünlüyünə, məxaric smetasına riayət olunmasına, ilkin sənədlər əsasında hesabat tərtibinin qaydasına, eləcə də müəssisənin, bölmələrində inventarizasiyanın təşkilinə, əvvəllər aşkar edilmiş və iddiadan imtina edilmiş çаtışmаzlıqlar və mənimsəmələrin silinməsinin düzgünlüyünə nəzarət edir.

Əmək haqqı:

• Razılaşma əsasında;

İş vaxtının rejimi:

• İş saat 09:00 başlanır, saat 18:00 qurtarır.
• İstirahət və nahar fasiləsi saat 13:00 - dan  saat  14:00 - dəkdir.
• İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü  iş günü hesab edilmir.

Namizədə tələblər:

• Ali təhsil;
• Üç il iş təcrübəsi;
• Yaş həddi: 28-45;
• Cinsi: kişi

Vakansiya üzrə namizədlər işə müraciət anketlərini "Audit (təftişçi)” başlığı altında hr@idc.az  elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP