Anbardar
 
JOB TITLE: Anbardar
EMPLOYER: IDC 2000 LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-12 LAST UPDATED: N/A DEADLINE: 2018-08-11

Anbardar

Vəzifə öhdəlikləri:

• İşçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür:
• Mal-material qimətlilərinin anbara qəbulu, onların mühafizəsi və buraxılması, yenidən geri alınması, anbar sahəsindən, səmərəli istifadə etmək üçün onların düzgün yerləşdirilməsi, lazım olan material və inventarın təcili tapılmasının təşkili;
• Anbara yığılmış əmtəə-maddi sərvətlərin saxlanılmasının, mühafizə rejiminə əməl edilməsinin, əməliyyatların hesabınan aparılmasının təmin edilməsi;
•  Rəsmiləşdirmə qaydalarına və mədaxil-məxaric sənədlərinin təhvilinə riayət edilməsinin təmin edilməsi, müəyyən olunmuş hesabatın tərtib edilməsi;
• Anbarda yanğına qarşı ləvazimatın olmasına və onun sazlığına, avadanlığın və inventarın vəziyyətinə və onların vaxtında təmir olunmasına nəzarət edilməsi;
• Anbarda əməyin mühafizəsini, təhlükəsizlik texnikası, yanğından mühafizə və istehsalat sanitariyası qaydalarına əməl edilməsi;
• Yükləmə-boşaltma işlərinin aparılmasının, rekvizitlərin yığılmasının, mühafizə olunmasının və vaxtında tədarükçüyə çatdırılmasının təşkil edilməsi.
• Əmtəə-maddi sərvətlərin inventarlaşmasının aparılmasında iştirak etmək.

Bilməlidir: anbar təsərrüfatının təşkilinə aid olan əsasnamə, təlimat və digər normativ sənədləri, rəhbər materialları, mal-material qiymətlilərə aid olan standart və texniki şərtləri, mal-material qiymətlilərinin yerləşdirilməsi qaydalarını, onların kirayəyə verilməsi hesabatını aparmaq üçün təlimat və əsasnamələri, hesablama texnikasının istismar qaydasını, əməyin təşkilinin əsaslarını, daxili əmək intizamı qaydalarını, əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını.

Əmək haqqı:

• Razılaşma əsasında;

İş vaxtının rejimi:

• İş saat 09:00 başlanır, saat 18:00 qurtarır.
• İstirahət və nahar fasiləsi saat 13:00 - dan  saat  14:00 - dəkdir.
• İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü  iş günü hesab edilmir.

Namizədə tələblər:

• Ali təhsil;
• Beş il iş təcrübəsi;
• Yaş həddi: 30-45;
• Cinsi: kişi

Vakansiya üzrə namizədlər işə müraciət anketlərini "Anbardar” başlığı altında hr@idc.az  elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP