Satış təmsilçisi
 
JOB TITLE: Satış təmsilçisi
EMPLOYER: IDC 2000 LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-07-12 LAST UPDATED: N/A DEADLINE: 2018-08-11

Satış təmsilçisi

Vəzifə öhdəlikləri:

• Rəhbərliyin həvalə etdiyi işləri yerinə yetirir;
• Şirkətin satdığı məhsulları müştərilərə təqdim edir, sifarişləri toplayır, satış planını və hədəflərini müəyyən vaxt çərçivəsində yerinə yetirir;
• Yeni müştərilər cəlb edir və mövcud əlaqələri gücləndirir, müştərilər ilə bağlanan müqavilələrin hazırlanmasında iştirak edir, müdriyyətə tələb olunan hesabatları təqdim edir;
• Satışa buraxılan məhsulu şirkətin normativ sənədləri ilə müəyyən edilmiş qaydada pərakəndə və topdansatış məntəqələrində rəflərdə prioritet yerlərdə düzülüşünü, qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğunu və lazım olan təqdirdə ticarət məntəqələrində müxtəlif reklam materiallarını yerləşdirilməsini təmin edir;
• Satışa aparılan məhsulun və satışdan əldə edilmiş pul vəsaitinin dövriyyəsi barədə gündəlik hesabatları dəqiq və ətraflı hazırlayaraq satış bölgə müdirinə yazılı surətdə təqdim edir;

Əmək haqqı:

• Əmək haqqı və satışa görə əlavə bonus

İş vaxtının rejimi:

• İş saat 09:00 başlanır, saat 18:00 qurtarır.
• İstirahət və nahar fasiləsi saat 13:00 - dan  saat  14:00 - dəkdir.
• İstirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü  iş günü hesab edilmir.

Namizədə tələblər:

• Ali və natamam ali təhsil;
• Qida və qeyri-qida satışının təşkili sahəsində iki il iş təcrübəsi;
• Yaş həddi: 25-40;
• Cinsi: kişi
• Şəxsi avtomobil

Vakansiya üzrə namizədlər işə müraciət anketlərini "satış təmsilçisi” başlığı altında hr@idc.az  elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP