Aparıcı mütəxəssis
 
JOB TITLE: Aparıcı mütəxəssis
EMPLOYER: ZD Travel DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-08 LAST UPDATED: 2018-08-08 DEADLINE: 2018-09-07

Vakansiyanın adı: Aparıcı mütəxəssis

Vakansiyanın aid olduğu müəssisə / təşkilat: ZD Travel

Vakansiyanın aid olduğu struktur:  Korporativ şöbə

Vəzifə (peşə) maaşı: 700 AZN
Əlavə ödəniş: Yemək xərci
İş vaxtının norması: 6 günlük iş rejimi
İş yerinin ünvanı: Bakı şəhəri, Rixard Zorge küçəsi, 15

Tələb olunan təhsil istiqaməti və ixtisası: İstənilən
Minimum təhsil dərəcəsi tələbi: Ali
Tələb olunan minimum əmək stajı: Sahə üzrə 2 il
Tələb olunan kompüter bilikləri: Microsoft Office
Tələb olunan xarici dil bilikləri: Azərbaycan və rus dilində səlis danışmalı

Vəzifə öhdəlikləri

- Potensial müştərinin tapılması üzrə işlərin aparılması;
- Yeni korporativ müştərinin cəlb edilməsi (Müştərilərlə görüş almaq, görüşlər keçirmək, təkliflər hazırlamaq, müştərilərə şirkət məhsulları haqqında tam, dolğun, dəqiq məlumatlar vermək);
- Müştəri məmnuniyyətinin təmin edilməsi;
- Cəlb etdiyi müştərilər üzrə hesabatın aparılması;
- Şirkətin işgüzar nüfuzunun qorunması;
- Satış texnikaları üzrə biliklərin işində tətbiq edilməsi;
- Rəhbərliyə gündəlik, həftəlik və aylıq satış haqqında hesabatların hazırlanması;
- Satış təqdimatlarının məzmununun  satış tipini və ticarət amilini öyrənərək tənzimlənməsi;
- Korporativ satış bazasının mütəmadi olaraq inkişaf etdirilməsi.

Digər tələb və üstünlük göstəriciləri: Analitik düşüncə, ünsiyyətcillik, komandada işləmək bacarığı, işə yaradıcı yanaşmaq və yeni ideyaları stimullaşdıra bilmək, inandırıcılıq qabiliyyəti, dəqiq planlaşdırma və nəzarətetmə qabiliyyəti.

Müraciət qaydası:  Göstəriciləri vakansiyanın tələblərinə uyğun olan namizədlər öz məlumatlarını (CV) “Aparıcı mütəxəssis” başlığı ilə hr@zdtravel.az elektron poçtuna göndərə bilərlər.

Son müraciət tarixi:  31 avqust 2018-ci il

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP