Ərazi nəzarətçisi
 
JOB TITLE: Ərazi nəzarətçisi
EMPLOYER: Metak DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-07 LAST UPDATED: N/A DEADLINE: 2018-09-06

Öz fəaliyyətinə 1997-ci ildə başlamış və ilkin olaraq polad boruların ölkəyə idxalı və daxili bazarda satışı ilə məşğul olan şirkətimizin adı artıq bütün ölkədə nüfuz qazanmışdır. Şirkətin istehsal sexlərində 2000-ci ildən müxtəlif metallardan döymə məmulatları hazırlanmağa, 2003-cü ildən polad boru kəməri elementləri (dirsək və keçidlər), 2005-ci ildən isə müxtəlif təyinatlı tikinti-quraşdırma işləri üçün nəzərdə tutulan tikinti işkələləri və dirəkləri istehsal olunmağa başlanmışdır. Həmçinin, 2005-ci ildən bazar tələbatını nəzərə alaraq yüksək keyfiyyətli polipropilen xammalından hazırlanan və öz sərfəliliyi və uzunömürlülüyü ilə seçilən plastik boru və fitinqlərin istehsalına başlamışıq. METAK şirkətinin nüfuzunu həm istehsal etdiyi mallara ölkə miqyasında olan tələbatdan, həm də Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan və digər MDB bazarlarında dünya üzrə aparıcı istehsalçılarla uğurla apardığı rəqabətdən də aydın görmək olar. Hal-hazırda METAK brendi altında alıcılara 2500-ə yaxın məhsul çeşidi təklif olunur. 2017-ci ildə METAK 20 illik yubileyini qeyd etmişdir və 650 nəfərlik əməksevər kollektivi ilə yeni parlaq nailiyyətlərə imza atmağı qarşısına məqsəd qoymuşdur.

Ərazi nəzarətçisi

İşin təsviri:

• Qorunan ərazinin bütövlüyünün yoxlanılmasını həyata keçirməli
• Buraxlış-nəzarət sistemini həyata keçirməli;
• Yanğın təhlükəsizliyi və mühafizə sistemlərinin fəəliyyətinə nəzarət etməli;
• Ərazinin tam təhlükəsizliyini təmin etməli;
• Müəssisənin maddi dəyərlərinin qorunmasını təmin etməli;
• Müəssisənin ərazisində qaydalara riayət olunmasını təmin etməli;
• Növbə ərzində baş verən hadisələri analiz edərək, tədbirlər görməli və müdiriyyətə məruzə etməli.

Tələblər:

• Yaş: 23 – 35;
• Ali və ya orta ixtisas təhsil;
• Boy -1.75-dən az olmayan;
• Hərbi xidməti başa vurmuş;
• MS Ofiice programların biliyi;
• Mühafizə xidməti sahəsində iş təcrübəsi olmalı;
• Orta səviyyədə xarici dil biliyi (rus və ya ingilis)
• Məsuliyyətli və intizamlı;
• Mühafizə xidməti üzrə sertifikatı olan namizədlərə üstünlük veriləcək.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq https://www.metak.az/resume/resume.php?vid=53  , 07.09.2018 – ci il tarixinə kimi müraciət edə bilərlər.

Yalnız göstərilən meyarlara uyğun olan namizədlər müsahibəyə çağırılacaqlar.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP