Keyfiyyətə nəzarət mütəxəssisi
 
JOB TITLE: Keyfiyyətə nəzarət mütəxəssisi
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-07 LAST UPDATED: N/A DEADLINE: 2018-09-06

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: Keyfiyyətə nəzarət mütəxəssisi

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1 il
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri: Keyfiyyətə nəzarət, qida təhlükəsizliyinin təminatı proseslərinin həyata keçirilməsi.

Vəzifə öhdəlikləri:

- Xammalın qəbulundan son məhsuladək olan mərhələləri nəzarət altında saxlamaq;
- Gigiyenik, uyğunluq, fitosanitar sertifikat, idxal, baytarlıq icazələrinin alınması;
- Beynəlxalq standartların tələblərinə uyğun sənədləşmə proseslərinin həyata keçirilməsi;
- Tədarükçü dəyərləndirilməsi üçün ezamiyyətlərdə iştirak etmək;
- Spesifikasiyaların hazırlanması;
- Sahələrdə risk analizinin aparılması;
- Aidiyyatı şöbələrdə təlimatların keçirilməsi;
- Müqavilələrin yoxlanılması.

Tələblər:

- Qida mühəndisliyi üzrə  biliklər;
- İş planlama və təşkil etmə bacarığı;
- İSO 9001:2008, BRC, İSO 22000:2005, İSO 22000:2010, İSO 10002:2004, İFS, Halal sertifikatlarındakı tələblər üzrə lazımi vəzifələri yerinə yetirmək;
- MS Office proqramları biliyi;
- Şəxsi avtomobilin olması mütləqdir.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Avtomobil vasitəsinin amortizasiya və yanacaq xərclərinin qarşılanması;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 09:00-18:00

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Keyfiyyətə nəzarət mütəxəssisi” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP