Ofis Menecer/Direktorun şəxsi köməkçisi
 
JOB TITLE: Ofis Menecer/Direktorun şəxsi köməkçisi
EMPLOYER: Apostra LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-07 LAST UPDATED: N/A DEADLINE: 2018-09-06

Ofis Menecer/Direktorun şəxsi köməkçisi

Əsas vəzifə və öhdəliklər:

• Direktora inzibati və kargüzarlıq dəstəyini göstərmək
• Daxil olan və göndərilən sənədlərin, e-maillərin, telefon zənglərinin və yazışmaların koordinasiyası.
• Direktorun təqviminin idarə olunması.
• Görüşlərin prioritetləşdirilməsi və təşkili.
• Direktorun və rəhbərliyin iştirakı ilə daxili və xarici görüşlərin koordinasiyası və izlənməsi.
• Görüş qeydlərinin aparılması və müvafiq olaraq paylaşdırılması.
• Müvafiq sənəd və məktubların hazırlanması.
• Sənədlərin dövriyyəsinə nəzarət; imzalanma, surətlərin çıxarılması, arxivləşdirmə.
• Müdriyyətə hesabatların, təqdimatların hazırlanması və çatdırılması.
• Hesabatların, rəsmi sənədlərin və yazışmaların cəld və dəqiqliklə prioritetləşdirilməsi və icra olunması
• Direktorun  səyahətlərinin təşkili və koordinasiyası
• Direktor üçün yazılı və şifahi tərcümələrin edilməsi
• Qonaqların nəzakətlə qarşılanması və təyin olunmuş görüşlərin koordinasiyası
• Aylıq təsərrüfat və ərzaq mallarının, katriclərin, və dəftərxana ləvazimatlarının sifarişi, qəbulu və paylanılması

Tələb olunan təhsil və iş təcrübəsi:

• Ali təhsil
• İnzibati sahədə ən azı 2 il iş təcrübəsi

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Azərbaycan (səlis),  Rus (səlis) və İngilis dili (yaxşı) biliyi
• MS Office proqramlarını yaxşı bilmək
• Əla təşkilatçılıq və ünsiyyət qurma bacarıqları
• Bir çox işləri eyniz zamanda , verilən vaxtda yerinə yetirilmə və təzyiq altında işləmə bacarığı
• Nəticə yönümlü
• Qərar qəbul etmə və problem həll etmə bacarığı;
• Gərgin iş şəraitində işləmə bacarığı
• Qeyri iş saatlarında işləyə bilmə imkanı

Son müraciət tarixi – 07.09.2018
Müraciətlər office@apostrallc.com elektron ünvanına göndərilməlidir
Sadəcə seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP