Xidmət və keyfiyyət şöbəsinə namizəd
 
JOB TITLE: Xidmət və keyfiyyət şöbəsinə namizəd
EMPLOYER: International Bank of Azerbaijan Republic DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-08 LAST UPDATED: 2018-08-08 DEADLINE: 2018-09-07

“ABB” ASC  Filiallarla İş Departamentinin Xidmət və keyfiyyət şöbəsinə vakansiya elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Vəzifə öhdəlikləri:

 Müştərilərlə xidmət keyfiyyətinin mərkəzləşdirilmiş qaydada izlənməsi (kamera, mikrofon, gizli müştəri və sair), qiymətləndirilməsi və hesabatın hazırlanması;
 Şöbə fəaliyyətinə dair görülmüş işlər barədə hesabatların hazırlanması;
 MXS əməkdaşlarının işinin qiymətləndirmək və satışını effektiv olması üçün onları motivasiya etmək;
 MXS-lərin xidmət keyfiyyətinə nəzarət və bu istiqamətdə problem yarandıqda işlərin aparılması;
 MXS əməkdaşları arasında daxili davranış qaydalarına və müştəri xidmət standartlarına uyğun davranmadıqda bu halların araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı təkliflərin verilməsi;
 Əməkdaşların təlim ehtiyaclarının müəyyənləşdirilməsində iştirak;
 Yeni əməkdaşların hazırlanması prosesinin koordinasiyasında iştirak;
 MXS-lərin və əməkdaşların müəyyən olunmuş daxili standartlara uyğun görünüşün yoxlanılması (Checklist üzrə)
 MXS əməkdaşları tərəfindən daxil olan təkliflərin qeydə alınması və araşdırılması;

Davranış səriştələri:

 Müstəqillik, tərəfsizlik, məxfilik, qətiyyətlilik, liderlik, təşəbbüskarlıq, dürüstlük, dayanıqlılıq, dəqiqlilik kimi fərdi keyfiyyətlərə sahib olmaq;
 Analitik təhlil və problemlərin həlli istiqamətində yaradıcı fikirlər irəli sürmək bacarığı;
 Vaxtın səmərəli idarəedilməsi;
 Təqdimat bacarığı;

Vakant vəzifə üzrə tələblər:

 İqtisadiyyat, Maliyyə və ya Biznesin İdarə olunması sahəsində ali təhsil və bank sektorunda azı 1 illik iş stajı;
 Azərbaycan, rus dillərində sərbəst yazı və şifahi kommunikasiya qabiliyyətinin olması;
 Ofis Proqramlarında sərbəst işləmək bacarığının olması;

Bu iş sizə nələri qazandıracaq:

 Regionun aparıcı Bankının  fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
 Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
 Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
 Adekvat əmək haqqı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  15 Avqust  2018-ci il tarixinədək cv@ibar.az elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Xidmət və keyfiyyət şöbəsinə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP