Rus dili müəllimi
 
JOB TITLE: Rus dili müəllimi
EMPLOYER: Vision Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-09 LAST UPDATED: N/A DEADLINE: 2018-09-08

Vision Academy Rus dili müəllimi vakansiyası elan edir.

“Vision Academy” qurulduğu tarixdən etibarən bir çox sahədə xidmətlər göstərir, “Vision Academy” öz hədəfinə bağlı qalaraq elm öyrənmək və bilik qazanmaq istəyənlər üçün ən önəmli seçimlərdən birinə çevrilmişdir. Bizim mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək olmaq və bu sahədə innovasiyalar yaratmaqdır. Bizimlə bu hədəflərə çatmaq uğrunda çalışan işçi heyətimizlə fəxr edirik və sizi mehriban komandamıza qoşularaq “Vision Academy”  ailəsinin bir üzvü olmağa dəvət edirik.

Tələb olunan təcrübə:

• Pedaqoji bacarıq
• Fərdi və qruplarla işləmək bacarığı;
• Tələbələri cəlb etməklə tədris planı təqdim etmək qabiliyyəti (oyun və.s)
• Rus dilinin tədrisi üzrə ən az 2 il iş təcrübəsi
• Azərbaycan dili bilməsi arzu olunandır

Tələb olunan bacarıqlar:

• Peşəsinə yüksək motivasiya ilə yanaşma
• Tələbələrə fərdi və differensial yanaşma
• Yüksək çalışmaq və öyrətmək həvəsi
• Dərslərin idarə edilməsi bacarığı
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı
• Rus dilini bütün səviyyələr üzrə tədris etmə bacarığı
• Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti
• Müxtəlif yaş qrupları ilə çalışmaq bacarığı
• Azərbaycan bölməsi ilə çalışmağa hazır olmaq

Vəzifə öhdəlikləri:

•  Yüksək motivasiya və tələbələri cəlb etmək qabiliyyəti
•  Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək
•  Xarici dilin tədrisi metodikasına dərindən bələd olmaq
•  Tapşırıq, test materialları və imtahan sualları hazırlamaq
•  Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq
•  Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha maraqlı keçməsini təmin etmək

Sizə təklif edirik:

• Əmək müqaviləsi ilə işə qəbul
• Sosial, təhsil və fərdi inkişafla bağlı tədbirlərdə iştirak imkanları
• Dərs prosesi zamanı müasir texnologiyalardan istifadə etmə imkanı;
• Mehriban, inkişafa yönümlü və peşəkar kollektivlə işləmək imkanı;
• Yeni təşəbbüs və ideyaları irəli sürmək və gerçəkləşdirmək imkanı.

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi Rus dili Müəllimi qeyd edərək  hr.visionacademy.az  e-mail  ünvanına müraciət etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP