Rus bölməsi üçün İngilis dili müəllimi
 
JOB TITLE: Rus bölməsi üçün İngilis dili müəllimi
EMPLOYER: Vision Academy DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-09 LAST UPDATED: N/A DEADLINE: 2018-09-08

Vision Academy Rus bölməsi üçün İngilis dili müəllimi vakansiyası elan edir.

“Vision Academy” qurulduğu tarixdən etibarən bir çox sahədə xidmətlər göstərir, Vision öz hədəfinə bağlı qalaraq elm öyrənmək və bilik qazanmaq istəyənlər üçün ən önəmli seçimlərdən birinə çevrilmişdir. Bizim mərkəzimizin əsas hədəflərindən biri də ölkənin təhsil sisteminin inkişafına dəstək olmaq və bu sahədə innovasiyalar yaratmaqdır. Bizimlə bu hədəflərə çatmaq uğrunda çalışan işçi heyətimizlə fəxr edirik və sizi mehriban komandamıza qoşularaq Vision ailəsinin bir üzvü olmağa dəvət edirik.

Tələb olunan təcrübə:

• Pedaqoji sahədə ali təhsil (minimum bakalavr)
• Fərdi və qruplarla işləmək bacarığı;
• Tələbələri cəlb etməklə tədris planı təqdim etmək qabiliyyəti (oyun və.s)
• Müvafiq sahə üzrə miniumum 3 il iş təcrübəsi
• IELTS/TOEFL sertifikatları və yüksək nəticələri olanlara üstünlük veriləcək
• TEFL/TESOL, CELTA beynalxalq müəllimlik sertifikatları olanlara üstünlük veriləcək
• Azərbaycan dili bilməsi arzu olunandır

Tələb olunan bacarıqlar:

• Peşəsinə yüksək motivasiya ilə yanaşma
• Tələbələrə fərdi və differensial yanaşma
• Yüksək çalışmaq və öyrətmək həvəsi
• Dərslərin idarə edilməsi bacarığı
• Müasir təlim və tədris metodlarını tətbiq etmək bacarığı
• İngilis dilini bütün səviyyələr üzrə tədris etmə bacarığı
• Ünsiyyət qurma və səlis danışıq qabiliyyəti
• Müxtəlif yaş qrupları ilə çalışmaq bacarığı

Vəzifə öhdəlikləri:

• Yüksək motivasiya və tələbələri cəlb etmək qabiliyyəti
• Dərs planını proqramlaşdırmaq və dərslərin proqram üzrə təşkilini təmin etmək
• Xarici dilin tədrisi metodikasına dərindən bələd olmaq
• Tapşırıq, test materialları və imtahan sualları hazırlamaq
• Tələbələrin dərsə davamiyyəti və aktivliyinin qeydiyyatını aparmaq
• Müxtəlif dərs metodları, audio və video materiallardan istifadə etməklə dərslərin daha   maraqlı   keçməsini təmin etmək

Sizə təklif edirik:

• Əmək müqaviləsi ilə işə qəbul
• Sosial, təhsil və fərdi inkişafla bağlı tədbirlərdə iştirak imkanları
• Dərs prosesi zamanı müasir texnologiyalardan istifadə etmə imkanı;
• Mehriban, inkişafa yönümlü və peşəkar kollektivlə işləmək imkanı;
• Yeni təşəbbüs və ideyaları irəli sürmək və gerçəkləşdirmək imkanı.

Yuxarıda sadalanan tələblərə cavab verən namizədlərin Mövzu yerinə vakansiya adı kimi Rus bölməsi üçün ingilis dili müəllimi qeyd edərək  hr@visionacademy.az  e-mail  ünvanına müraciət etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP