Filial müdiri
 
JOB TITLE: Filial müdiri
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-09 LAST UPDATED: N/A DEADLINE: 2018-09-08

Vəzifə: Filial müdiri

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali İqtisadi təhsilinin olması;
• Ən azı 5 (beş) il bank təcrübəsinin olması;
• Ən azı 2 il rəhbərlik təcrübəsi;
• İnzibatçı vəzifəsinə namizəd kimi, Azərbaycan Respublikası Mərkəzi Bankının (ARMB) xüsusi komissiyasından attestasiyadan keçmiş olmalı və yaxud buna hazırlıqlı olmalı;
• Vətəndaş qüsursuzluğuna malik olmalı;
• Biznesi inkişaf etdirmə bacarığı;
• Müştəri bazasını idarəetmə bacarığı;
• Ünsiyyət qurma, komandada işləmək və problemi həll etmə bacarığı;
• Filialın maliyyə hesabatlarını (balans, mənfəət/zərər) təhlil etmə və qiymətləndirmə bacarığı;
• Azərbaycan və rus dillərində səlis danışıq bacarığı;
• MS Office-dən istifadə bacarığı.

İŞİN TƏSVİRİ:

• Filial hədəflərinin və Bankın strateji planlarının gercəkləşdirilməsi üçün filialdakı satış və əməliyyat işlərinin məhsuldar şəkildə istiqamətləndirmək;
• Filialın  müştəri bazasının genişləndirilməsi üçün potensial müştəriləri müəyyən etmək, banka yeni müştərilər cəlb etmək, müştərilərə yüksək səviyyəli bank xidmətlərinin göstərilməsini təşkil etmək, bütün növ  bank məhsullarının satışını təşkil etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• Satış işlərini dəstəkləmək, əməliyyat qrupu ilə sıx əlaqədə olmaq və xidmətin keyfiyyətinə nəzarət etmək;
• Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
• Filialdakı əməliyyat riskini izləmək, audit və daxili nəzarət hesabatlarını incələyərək lazımı tədbirlər görmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Filial müdiri” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP