Təhlükəsizlik departamentinin direktoru
 
JOB TITLE: Təhlükəsizlik departamentinin direktoru
EMPLOYER: Gilan Agricultural Group DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-09 LAST UPDATED: N/A DEADLINE: 2018-09-08

Təhlükəsizlik departamentinin direktoru

Gilan Kənd Təsərrüfatı Qrupu Təhlükəsizlik departamentinin direktoru vakansiyasına təcrübəli işçi axtarır.

Vəzifələri:

• Cəmiyyətin özü və biznes strukturlarında əməyin təhlükəsizliyi, texniki təhlükəsizlik, informasiya təhlükəsizliyi və biznesin təhlükəsizliyi üçün önəmli olan digər sahələrin monitorinqi zamanı məxfi məzmunlu məlumatların dövriyyəsi hallarının araşdırılması,
• Məxfi məzmunlu məlumatların dövriyyəsi hallarının araşdırılması məqsədi ilə zəruri sənədlər və məlumatlar əldə etmək,  araşdırmalar  aparması,
• Cəmiyyətin özü və biznes strukturlarında satınalmalar üzrə iddiaçılara təhlükəsizlik nöqteyi-nəzərdən rəy bildirmək, tender  komissiyası və ya bu funksiyanı həyata keçirən digər kollegial orqanların iclaslarında iştirak etməsi,
• Təhlükəsizlik məsələləri üzrə ehtiyac olduqda digər kollegial orqanların iclaslarında iştirak etməsi,
• Cəmiyyətin özü və biznes strukturlarında dələduzluq, talama, oğurluq, sabotaj və Cəmiyyətin idarə etdiyi digər biznes strukturlarına zərər vura biləcək hallara dair araşdırmalar  aparması,
• Cəmiyyətin özü və biznes strukturları üçün ümumi təhlükəsizlik siyasətini hazırlanması və onu daima təkmilləşdirilməsi və təsdiq üçün Cəmiyyətin direktoruna təqdim edilməsi,
•  Təhlükəsizlik siyasəti və məxfi məlumatların dövriyyəsinə dair qaydaların tətbiqini təşkil edilməsi,
• Biznes strukturlarında təhlükəsizlik siyasətinə riayət olunması vəziyyətini daima monitorinq edir, ehtiyac olan araşdırmalar aparır və məsləhətlər verilməsi,
• Təhlükəsizlik baxımından məna kəsb edən şəxslərin, partnyorların və digər əlaqəli şəxslər barədə araşdırmalar aparılması, aşkar olunmuş faktlar barədə Cəmiyyətin direktorunu məlumatlandırması,
• Cəmiyyətin özü və biznes strukturları əməkdaşlarını təhlükəsizlik siyasətindən irəli gələn vəzifələr üzrə təlimlər keçirilməsinin təşkili,
• Təhlükəsizliyi ilə əlaqədar aparılmış araşdırmalar və tədqiqatlar nəticəsində təqsiri bir mənalı sübut olunmuş günahkar şəxslər barəsində tədbir görülməsi üçün aidiyyəti strukturun rəhbərinə məlumat verilməsi,
• İnformasiya təhlükəsizliyi üzrə daxili qaydalara riayət olunması üzərində nəzarəti təmin edilməsi,
• Bütün təhlükəsizlik sahəsində çalıan əməkdaşların işlərinə nəzarət edilməsi,
• Biznes strukturlarında sabotaj, dələduzluq, oğurluq, talama kimi qeyri-qanuni hərəkətlərə qarşı mübarizəni təşkil edir, onların mənbələri və nəticələri barədə məlumatlar toplayır, daxili tədqiqatlar və araşdırmalar aparır, təsdiq olunmuş faktlar barədə dərhal Cəmiyyətin direktorunu məlumatlandırılması.
• Biznes strukturlarında təhlükəsizlik siyasətinə riayət olunması vəziyyətini daima monitorinq edir, ehtiyac olan araşdırmalar aparır və məsləhətlər verilməsi.
• Cəmiyyətin özü və biznes strukturlarında İT təhlükəsizliyinə, o cümlədən şəbəkə və proqramlara buraxılış rejiminə riayət olunmasına, kənar müdaxiləyə qarşı mübarizənin təşkilinə, habelə məxfi məlumatların qorunmasına, dövriyyəsinə və arxivləşməsinə nəzarət edilməsi.

Tələblər:

• Təhlükəsizlik qaydaları və prosedurlarını bilmək,
• Mühafizə strukturunun qurulması və təşkilini bilmək,
• Giriş-çıxış rejimlərini bilmək,
• Araşdırma qaydalarını bilmək.

Vakansiyaya müraciət etmək üçün xahiş olunur aşağıdakı keçiddən istifadə edin:  https://hr.gilanholding.com/v/4848#

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP