Bakı və regionlarda istehlak kreditləri üzrə mütəxəssis
 
JOB TITLE: Bakı və regionlarda istehlak kreditləri üzrə mütəxəssis
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-10 LAST UPDATED: 2018-08-10 DEADLINE: 2018-09-09

Bank RespublikaASC «Bakı və regionlarda istehlak kreditləri üzrə mütəxəssis» vəzifələri üzrə vakansiyalar elan edir.

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
• Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili mükəmməl olmalı, rus və ingilis dili arzuolunandır;
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə biliklər;
• Yüksək ünsiyyət bacarığı;
• Satış və ehtiyacların təyin edilməsi bacarığı;
• Komandada işləmə bacarığı; 
             
Sizə nə təklif edirik?

• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı və bonus qazanma imkanları;
• İş yeri: Bakı, Cəlilabad, Lənkəran, Masallı, Zaqatala, Quba, Xaçmaz, Sabirabad regionları üzrə

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 2 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində “Bakı və regionlarda istehlak kreditləri üzrə mütəxəssis” qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP