Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə baş mütəxəssis
 
JOB TITLE: Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə baş mütəxəssis
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-10 LAST UPDATED: N/A DEADLINE: 2018-09-09

Bazar və likvidlik risklərinin idarə edilməsi üzrə baş mütəxəssis
 (Baş ofis)

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır.Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Təhsil: ali ( maliyyə və iqtisadiyyat üzrə);
• İş təcrübəsi: Bank sektorunda minimum 2 il iş təcrübəsi (xəzinadarlıq departamenti və bazar risklərin idarəedilməsi üzrə);
• Bazar və likvidlik risklərinin idarə edilməsi barədə AR Mərkəzi Bankının və Azərbaycan Respublikasının MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq;
• Dil bilikləri: Azərbaycan və İngilis dilləri mükəmməl olmalı;
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə əla biliklər.

ŞƏXSİ KEYFİYYƏTLƏR:

• Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
• Müzakirələr zamanı proektiv mövqeyə malik olma və ideya,təkliflərini əsaslandırma bacarığı;
• Məlumatlar əsasında təhlil etmə və dəyişikliklərə tez uyğunlaşma;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bankın aktiv və passiv strukturunda baş verən dəyişikliklərin təhlil edilməsi;
• Bankın faiz risklərinə dair hesabatların qurulması;
• Bankın valyuta və likvidlik risklərinin qiymətləndirilməsi və hesabatlığın təmin edilməsi;
• Dövrü olaraq stress testlərin keçirilməsi;
• Mütəmadi olaraq bazar və likvidlik risklərinin monitorinqinin həyata keçirilməsi;
• Yeni risk limitlərinin hesablanması və mövcud risk limitlərinin uyğunluğuna nəzarət edilməsi, həmçinin müəyyənləşdirilmiş və potensial risklərin minimallaşdırılması barədə təkliflər verilməsi;
• Erkən xəbərdalıq sisteminin qurulması.

İŞ ŞƏRTLƏRİ:

• İş vaxtı: 09:00 – 18:00
• İş günü: 5/2 (5 günlük iş rejimi)
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı.

MÜRACİƏT ÜÇÜN MƏSLƏHƏTLƏR

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq;
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində vakansiyanın adını qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP