Komplayens üzrə baş mütəxəssis
 
JOB TITLE: Komplayens üzrə baş mütəxəssis
EMPLOYER: Bank Respublika ASC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-10 LAST UPDATED: N/A DEADLINE: 2018-09-09

Komplayens üzrə baş mütəxəssis
 (Baş ofis)

Artıq 26 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 27 filialda, peşəkar komandamızda 1000-ə yaxın əməkdaş çalışmaqdadır.Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyuruq və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

NAMİZƏDƏ TƏLƏBLƏR:

• Təhsil: ali (Bank işi, maliyyə, mühasibatlıq və iqtisadiyyatın digər uyğun sahələri üzrə);
• İş təcrübəsi: Bank sektorunda komplayns üzrə iş təcrübəsi;
• Azərbaycan Mərkəzi Bankının qaydaları, təlimatları, qərar və sərəncamlarından, habelə digər müvafiq qanunvericilik sənədlərindən (Mülki Məcəllə, Vergi Məcəlləsi, və s) aidiyyəti üzrə biliklər;
• Dil bilikləri: Azərbaycan və İngilis dilləri mükəmməl olmalı;
• MS Office (Word, Excel,Outlook) proqramları üzrə əla biliklər.

ŞƏXSİ KEYFİYYƏTLƏR:

• Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla ünsiyyət qurmaq;
• Proqressiv düşüncə tərzi və çərçivələrdən kənara çıxma bacarığı;
• Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə;
• Müzakirələr zamanı proektiv mövqeyə malik olma və ideya,təkliflərini əsaslandırma bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq.

ƏSAS VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Bankın siyasət və prosedurlarını qanunvericiliyə riayət olunması baxımından nəzərdən keçirmək və müvafiq rəy vermək;
• Müvafiq departamentlərin qanunvericilik tələbləri üzrə suallarını cavablandırmaq, aidiyyəti məsələlər üzrə qanunvericilik sahəsində araşdırmalar aparmaq;
• Mövcud qanunvericilik tələbləri baxımından bankın mövqeyini qiymətləndirmək və potensial risklər barəsində rəhbərliyi məlumatlandırmaq və təkliflər vermək;
• Müntəzəm olaraq ön ofis heyəti üçün komplayns testlərini hazırlamaq / yenilənmək;
• Bankın PL/TMM komandası ilə sıx əməkdaşlıq etmək;
• Maliyyə monitorinq xidməti üçün təqdim edilən hesabatlar üzrə tövsiyələr vermək;
• Əməkdaş / müxbir bank / yüksək riskli müştərilərin yoxlanılmasına dair tövsiyələr vermək;
• Valyuta tənziminə dair qanunvericilik tələblərinə riayət edilməsinə nəzarət etmək;
• Tənzimləyici orqanların normativ hüquqi aktlarının tələblərinə riayət edilməsinə nəzarət etmək;
• Bankda müşahidə olunan şübhəli əməliyyatlara görə müvafiq tədbirlər görmək.

İŞ ŞƏRTLƏRİ:

• İş vaxtı: 09:00 – 18:00
• İş günü: 5/2 (5 günlük iş rejimi)
• Əlverişli iş mühitində çalışmaq imkanı;
• Karyera və inkişaf perspektivləri;
• Rəqabətli əmək haqqı.

MÜRACİƏT ÜÇÜN MƏSLƏHƏTLƏR

• Müraciət etmədən öncə vakansiya üçün vacib dəyərləndiriləcək tələblərlə tanış olun və müsahibə zamanı bu tələbləri nümayiş etdirə biləcəyinizə əmin olun;
• İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq;
• Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 03 sentyabr 2018-ci il tarixinədək, email-in mövzu hissəsində vakansiyanın adını qeyd edərək HR@bankrespublika.az elektron ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP