İnvestisiyaların idarə olunması üzrə analitik
 
JOB TITLE: İnvestisiyaların idarə olunması üzrə analitik
EMPLOYER: PASHA Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-08-10 LAST UPDATED: N/A DEADLINE: 2018-09-09

PAŞA SığortaASC namizədləri “İnvestisiyaların idarə olunması üzrə analitik” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Cəmiyyətin investisiya portfelinin idarə olunması;
• Potensial investisiya imkanlarının, yeni maliyyə alətlərinin təhlilinin həyata keçirilməsi;
• Cəmiyyətin risk iştahası limitləri çərçivəsində investisiya gəlirlərinin maksimallaşdırılması və portfel risklərinin azaldılması istiqamətində fəaliyyət;
• Aylıq iqtisadi təhlillərin aparılması və nəticələr barədə hesabatların hazırlanması;
• İnvestisiya portfelinin periodik təhlilinin aparılması və nəticələr barədə hesabatların hazırlanması;
• Pul vəsaitlərinin hərəkətinə nəzarət və bu sahədə proqnozlaşdırma işləri apararaq potensial risk və imkanların müəyyənləşdirilməsi;
• İnvestisiya portfeli üzrə bazar risklərinə nəzarət;
• İstiqaməti üzrə müvafiq hesabatların, modellərin və təqdimatların hazırlanması.

Bilik və bacarıqlar:

• İqtisadiyyat, maliyyə, mühasibatlıq istiqamətində ali təhsil;
• Dil bilikləri - Azərbaycan, rus və ingilis dillərinin mükəmməl, işlək səviyyədə olması.
• İqtisadi təhlil etmə və modelləşdirmə bacarıqları;
• CFA 1-ci səviyyə imtahanından keçmiş namizədlərə üstünlük veriləcək.
• İnvestisiyaların idarəolunması, xəzinədarlıq sahəsində ən azı 3 il iş təcrübəsi;

Son müraciət tarixi: 15 Sentyabr, 2018.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi recruitment@pasha-insurance.az ünvanına göndərin.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP