İş icraçısı
 
JOB TITLE: İş icraçısı
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-10 LAST UPDATED: N/A DEADLINE: 2018-10-10

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə - İş icraçısı

İş yeri - Abşeron rayonu, Məhəmmədi kəndi
İş təcrübəsi - 5 il
Təhsil - İnşaat mühəndisliyi ixtisası üzrə ali təhsil

İşin Təsviri:

İşçi briqadalarının iş bölgülərini təyin etmək, istehsalat tapşırıqlarını vermək və onların keyfiyyətli icrasına nəzarət etmək.

Vəzifə öhdəlikləri:

- Tikinti sahəsində inşaat işlərinə, proseslərə və texniki xidmət işlərinə nəzarət etmək;
- Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət etmək;
- Layihədəki işlərə rəhbərlik etmək;
- Layihə-smeta sənədləri üzrə lazımi hesabatlar hazırlamaq;
- İşçi briqadalarının iş bölgülərini təyin etmək;
- İşçi briqadalarının istehsalat tapşırıqlarını vermək və onların keyfiyyətli icrasına nəzarət etmək.

Tələblər:

- Tikinti sahəsində qabaqcıl təcrübədən istifadə etmək bacarığı;
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmçinin tikinti istehsalının texnologiyasını, təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentləri, tikinti normaları, qaydaları və texniki şərtləri bilmək;
- MS Office proqramlarını bilmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Bir gün istirahət günü;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 6 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İş icraçısı” yazmaqla müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP