Mebel Kateqoriyası üzrə kiçik mütəxəssis
 
JOB TITLE: Mebel Kateqoriyası üzrə kiçik mütəxəssis
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-10 LAST UPDATED: 2018-10-10 DEADLINE: 2018-11-09

 Company: Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Mebel Kateqoriyası üzrə kiçik mütəxəssis

Tələblər:

• Ali təhsil
• Riyazi bilikləri və analiz etmək bacarığı yaxşı olmalı
• Azərbaycan dilində səlis danışmalı, rus və ingilis dillərini yaxşı səviyyədə bilməli
• MS Office proqramlarını əla səviyyədə bilməlidir.

Vəzifələr:

• Mebel üzrə satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi
• Bazarda olan mebel məhsullarının çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması
• Mağazalarda promo-aksiyalara dair işlərin aparılması
• Məhsul seçimi və qiymət məsələləri ilə əlaqədar müvafiq şirkətlərlə görüşmələrin aparılması
• Məhsulların texniki xarakteristikasının hazırlanması və satışa təqdimatı
• Kateqoriya məhsullarının satışının artırılması üçün digər işlər.

İş şəraiti:

• AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
• İş vaxtı: həftənin 6 günü, istirahet günü: bazar
• Rəqabətqabiliyyətli əmək haqqı
 
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mebel Kateqoriyası üzrə kiçik mütəxəssis” yazaraq CV formasını hr@kontakt.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP