İnsan Resursları Biznes Tərəfdaş
 
JOB TITLE: İnsan Resursları Biznes Tərəfdaş
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-11 LAST UPDATED: N/A DEADLINE: 2018-10-11

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə: İnsan Resursları Biznes Tərəfdaş

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: 1-3 il
Təhsil: Ali təhsil (MBA təhsili üstünlükdür)
Yaş həddi: 23-35 yaş

İşin təsviri: İşə qəbul və işəgötürən-işçi münasibətlərinin tənzimlənməsi.

Vəzifə öhdəlikləri:

- İşçi ehtiyaclarının araşdırılmasında və təsdiqi prosesində iştirak etmək;
- Ümumilikdə işə qəbul və yerləşdirmə işinin (vakansiyalar üzrə namizədlərin tapılması, müsahibələrin aparılması, namizəd haqqında struktur rəhbəri ilə birgə işə qəbul barədə qərar vermək) təşkil olunması;
- Müsahibə nəticələri barədə namizədlərin xəbərdar edilməsi;
- Şirkətin işə qəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət edilməsi;
- İşə qəbul hesabatlarının hazırlanması;
- İşəgötürən-işçi münasibətlərinin tənzimlənməsində iştirak etmək.

Tələblər:

- İşə qəbul müsahibələrinin aparılması bacarığı;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi bilikləri;
- Performansın idarəedilməsi sahəsində biliklər;
- İş və iş yükü analizlərinin aparılması barədə məlumatlı olmaq;
- MS Office kompüter proqramlarından istifadə etmək bacarığı.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük, 08:00-17:00 və ya 09:00-18:00

Müraciət qaydaları: CV-nizi cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “İnsan Resursları Biznes Tərəfdaş” yazıb göndərməklə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilərsiniz. https://hr.veyseloglu.az/vacancy/

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP