Layihəçi mühəndis
 
JOB TITLE: Layihəçi mühəndis
EMPLOYER: AzerGold CJSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-11 LAST UPDATED: N/A DEADLINE: 2018-10-11

Şirkət haqqında:

AzerGoldQSC qiymətli və əlvan metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsi sahəsində fəaliyyət göstərir.

Vakansiyanın adı: Layihəçi mühəndis

Əsas vəzifə və öhdəliklər:

• Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
• Layihə üzrə iş həcmlərinin çıxarılması;
• Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
• Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqlar tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
• Layihə-smeta sənədləri üzrə aidiyyatı üzrə dövlət qurumlarından müvafiq razılaşdırmaların və rəylərin alınmasında iştirak etmək həmçinin prosesə uyğun iş tamamlananadək işləməsinə nəzarət etmək və təsdiq olunması üçün hazırlamaq;
• İdarənin özünün tikintiləri üçün, podrat təşkilatlarını layihə-smeta sənədləri ilə təmin etmək;
• Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
• Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
• Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək.

Tələb olunan bilik, bacarıq və səriştələr:

• Müvafiq qanunvericilik aktları və normalarını;
• Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (yaxşı), Microsoft Office və AutoCAD (ArchiCAD bilmək üstünlükdür) proqramları

Tələb olunan təhsil və iş təcrübəsi:

• Mühəndis ixtisası üzrə ali təhsil;
• Minimum 1-3 il müvafiq sahədə iş təcrübəsi.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "Layihəçi mühəndis" qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq)  cv@azergold.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP