Mülki müdafiə qərargahı, Yanğınsöndürən
 
JOB TITLE: Mülki müdafiə qərargahı, Yanğınsöndürən
EMPLOYER: Sumgait Technologies Park DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-13 LAST UPDATED: N/A DEADLINE: 2018-10-13

Vəzifənin adı: Mülki müdafiə qərargahı, Yanğınsöndürən

Vəzifə öhdəlikləri:

• Yanğınsöndürən yanğınların qarşısını alır, onlara qarşı mübarizə aparır, yanğının söndürülməsinə səy göstərir, lazım gəldikdə müəssisə əməkdaşlarını və maddi dəyərləri xilas edir;
• Müəssisədə müxtəlif səbəblərdən törənmiş yanğınlara qarşı xüsusi avadanlıqdan istifadə edilməklə mübarizə aparır;
• Yanğın baş verdikdə və ya bədbəxt hadisələr zamanı zərərli maddələrin yayılmasının qarşısının alınmasında və məhdudlaşdırılmasında iştirak edir;
• Lazım gəldikdə yanğınsöndürən nəqliyyatı idarə edir.

Təhsil/Təcrübə

• Orta təhsil;
• Analoji sahədə ən azı 10 il iş təcrübəsi;
• FHN Dövlət Yanğından Mühafizə xidməti tərəfindən verilmiş yanğınsöndürmə avtomobillərini idarə edilməsi üçün şəhadətnaməyə malik olmalı;
• Yanğın texniki silah və qəza-xilasetmə avadanlıqları ilə iş üsullarını mükəmməl şəkildə tanımalı və işində tətbiq edə bilməli;
• Yanğınların söndürülməsi taktikasını və təbii fəlakət (yanğın, qəza) zamanı döyüş hərəkətlərinin aparılmasının əsasları bilməli.

Əlavə məlumatlar

• Əmək haqqı razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• Növbəli iş qrafiki;
• İş yeri Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşir.
• Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Yanğınsöndürən” yazaraq cv@stp.az ünvanına göndərmələri xahiş olunur.
• Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP