Data Analytics
 
JOB TITLE: Data Analytics
EMPLOYER: Datazet LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-14 LAST UPDATED: 2018-09-14 DEADLINE: 2018-10-14

Iş barədə məlumat :

Data texnologiyaları sahəsində ixtisaslaşan “Datazet” şirkəti Big-Data üzərindən biznes analitika (business intelligence) sistemləri vasitəsilə müxtəlif analitik təhlillərin təşkili üzrə kompleks xidmətlər təqdim edir. Şirkətimiz bu sahədə güclü analitik biliklərə, strukturlu məlumatlar toplusunun analizi üzrə müəyyən təcrübəyə malik (xüsusi ilə maliyyə sistemlərindən generasiya olunmuş məlumatlar toplusu üzrə) namizədlər axtarır. Namizədlər SQL biliklərinə malik olmalı və eyni zamanda maliyyə sistemləri barədə müəyyən anlayışı olmalıdır. Müxtəlif ERP sistemlər barədə məlumat və vizualizasiya alətləri barədə (Tableau, Spotfire və.d) müəyyən biliklər yüksək qiymətləndirilir. Namizədlərdən eyni zamanda aşağıdakılar tələb edilir:

Məsuliyyətlər

• Müxtəlif sahələrə aid olan data-ların analizi və bu analizlərin məntiqi modelə çevrilməsi
• Əldə olunmuş məlumatların vizualizasiyası və dərin analizi
• Maliyyə və qeyri-maliyyə sektorları üzrə məlumatların toplanması və modelləşdirilməsi
• Analitikaya başlamazdan əvvəl əldə olunmuş məlumatların tamamlığının yoxlanılması
• Sənədləşdirmə və müxtəlif reportların hazırlanması
• Texniki mövzuları və işləri müdriyyətə və qeyri texniki insanlara anlatma və izah etmə

Əsas tələblər

• Bakalavr dərəcəsi (Kompüter elmləri, Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları, sistemləri və şəbəkələri, Tətbiqi riyaziyyat, Fizika, Elektronika, Telekommunikasiya və digər mühəndis ixtisasları üzrə)
• Data analitik, data designer və ya data modeler olaraq iş təcrübəsi
• Big data texnologiyalari ilə tanışlıq
• Yüksək səviyyəli məntiqi-analitik düşüncə qabiliyyəti və riyazi biliklər
• Azərbaycan dilində sərbəst şəkildə danışıq və yazı qabiliyyəti olan
• Yeni texnologiyaları öyrənmə həvəsi və yüksək mənimsəmə qabiliyyəti
• Verilən tapşırığa adaptasiya olma və sərbəst araşdırma qabiliyyəti
• Ms Office bacarıqlarının yüksək səviyyədə olması, xüsusi ilə Excell və Access
• Orta səviyyəli ingilis dili biliyi (daha yaxşı bilənlərə üstünlük verilir)

Tərcih edilən tələblər

• Oracle Bİ üzrə müəyyən biliyə və təcrübəyə malik olması
• Hadoop və ya oxşar program dilləri barədə məlumat
• Tableau və ya oxşar vizualizasiya alətləri üzrə təcrübə

E - mail :   info@datazet.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP