Baş mühəndis (İnşaat mühəndisi)
 
JOB TITLE: Baş mühəndis (İnşaat mühəndisi)
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-09-14 LAST UPDATED: N/A DEADLINE: 2018-10-14

Şirkət haqqında: 1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, Sirab, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir. 2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə - Baş mühəndis (İnşaat mühəndisi)

İş yeri - Bakı şəhəri
İş təcrübəsi - 5 il

İşin Təsviri -Tikinti təşkilatının fəaliyyətinə texniki rəhbərliyi həyata keçirmək.

Vəzifə öhdəlikləri:

- Tikinti istehsalının sənədləşdirilməsinin və ixtisaslaşdırılmasının inkişaf perspektivlərini və texniki siyasətini müəyyən etmək;
- Tikinti istehsalının, əməyin və idarəetmənin elmi əsasda təşkilinin təkmilləşdirilməsi, hesablama texnikasının tətbiqi, idarəetmə işlərinin mexanikləşdirilməsi və avtomatlaşdırılması üzrə tədbirlər görmək;
- İşlərin istehsal layihələrinin işləmələrini və icrasını, tikinti istehsalının texniki səviyyəsinin artırılması üzrə tədbirləri, yeni texnika və texnologiyanın tətbiqi planlarını, elmi-tədqiqat və təcrübə-konstruktiv işlərinin texniki-təşkilat tədbirlərini, tikintinin təşkili layihəsində nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsini təşkil etmək;
- Texnoloji intizama riayət olunmasına, tikinti norma və qaydalarının yerinə yetirilməsinə, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına nəzarəti həyata keçirmək;
- İstehsalın mühəndis hazırlığını, inşaat texnikasının istismarını, təmir və modernləşdirilməsini təmin etmək;
- Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, istehsalatda əməyin təhlükəsizlik standartlarının hazırlanması və tətbiqi üzrə, həmçinin iş yerlərinin və texnoloji proseslərin attestasiyası üzrə işlərə başçılıq etmək;
- Layihə-smeta sənədlərinin vaxtında hazırlanmasını təmin etmək;
- Kadrların hazırlığını və ixtisas artırmasını təmin etmək;
- Əməyin mühafizəsi üzrə bölmələrin mühəndis-texniki işçiləri ilə ilkin təlimatın aparılmasına və işçilərin öyrədilməsinə nəzarət etmək.

Tələblər:

- İnşaat mühəndisliyi və bənzəri ixtisas üzrə ali təhsil;
- Tikinti təşkilatlarında rəhbər və mühəndis-texniki vəzifələrdə 5 ildən az olmayaraq iş təcrübəsi;
- MS Office proqramları biliyi.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə;
- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş mühəndis (İnşaat mühəndisi)” yazıb göndərməklə və ya aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilərsiniz. https://hr.veyseloglu.az/vacancy/

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP