
Qeydiyyatçı
Əmək haqqı 350 +%
Tələblər:
Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri - əla Kompyuter və ofis texnikasından yaxşı istifadə bacarığı Cinsi: kişi Yaş həddi: 24 yaşadək Təhsil: ali Xoş görünüşlü, gülərüz, pozitiv, konfliktləri yola vermək, hər xasiyyətdə insanlar ilə yola getməyi bacaran, mövcud problemin həllini yerində tapacaq biri.
Vəzifələr:
- Qonaqların qarşılanması, oteldə qeydiyyata alınması və yerləşdirilməsi və oteldən yola salınması - Rezervasiyaların qəbul edilməsi, otaqların ayrılması, qeydiyyatın aparılması, mesajların ötürülməsi və hesabların hazırlanması və digər bu kimi geniş həcmli inzibati işlərin icrası. - Qonaqlara yerli ərazi barədə, dövlət qurumları və müvafiq müəssisələrlə bağlı məlumatlar verilməsi. - Qonaqlar ilə yüksək səviyyədə təmasların qurulması, taksi sifarişlərinin verilməsi - Kompüter avadanlığından və internetdən optimal səviyyədə istifadə etmə bacarığı. - Daxil olan zəngləri və emailləri cavablandırmaq, ehtiyac duyulduğu halda digər şöbələrə yönəltmək
İş şəraiti:
Həftədə 6 gün; İş qrafiki: 08:00 – 18:00 Yemək şirkət tərəfindən verilir. AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Şəkilsiz namizədlərin CV-lərinə baxılmayacaqdır.
Müraciət etmək istəyənlər CV-lərini info@centralbakuhotel.com ünvana göndərmələri xahiş olunur. CV-lərlə tanış olunduqdan sonra uyğun namizədlərlə tez bir vaxtda əlaqə saxlanılacaq.
|