Daxili kommunikasiya şöbəsinin müdiri
 
JOB TITLE: Daxili kommunikasiya şöbəsinin müdiri
EMPLOYER: PASHA Life DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-08 LAST UPDATED: N/A DEADLINE: 2018-11-07

Vakansiya haqqında məlumat:

Struktur bölmə : İnsan resursları departamenti

Vəzifə : Daxili kommunikasiya şöbəsinin müdiri

Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq

İş saatları (iş rejimi) : 09:00-18:00

Son müraciət tarixi :  10 oktyabr 2018-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Korporativ kommunikasiya strategiyasını hazırlamaq və icra etmək;
2. Strategiya və prioritetlərin aydınlaşdırılması və funksional bölmələr arasında uyğunluğun təmin olunması məqsədilə illik əməliyyat planının daxili kommunikasiya mexanizmlərini işləyib hazırlamaq;
3. Ünsiyyətin keyfiyyətini artırmaq üçün müntəzəm təlimlər keçmək;
4. Yeni daxili kommunikasiya kanalları yaratmaq və mövcud olanları inkişaf etdirmək məqsədilə layihələr təqdim etmək və icrasını təmin etmək;
5. Kommunikasiya kanallarının səmərəli və effektiv istifadəsini təmin etmək, auditoriyanın tələblərinə cavab vermək üçün daim nəzarətdə saxlamaq və yeniləmək;
6. Şirkətin strategiyasının icrasını düzgün kommunikasiyasını təşkil etməklə dəstəkləmək.

Namizədə olan tələblər:

İş təcrübəsi : Sahə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, iqtisadi ixtisaslara üstünlük verilir;
Dil bilikləri : Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir.;
Kompüter bilikləri : MS Office;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.

İmtiyazlar:

Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36

Vakansiya üçün müraciət qaydası : CV-lər “Daxili kommunikasiya” mövzusu ilə cv@pasha-life.az ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP