Mağaza direktorunun köməkçisi (Gəncə)
 
JOB TITLE: Mağaza direktorunun köməkçisi (Gəncə)
EMPLOYER: Kontakt Home DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-08 LAST UPDATED: N/A DEADLINE: 2018-11-07

Kontakt Home

"Kontakt Home" mağazalar şəbəkəsi müxtəlif növ rəqəmsal və məişət texnikasının, həmçinin mebellərin pərakəndə satışını həyata keçirir.Təklif etdiyi malların yüksək keyfiyyətinə və göstərdiyi peşəkar xidmətə görə "Kontakt Home" Azərbaycan bazarında qısa müddət ərzində aparıcı mövqelərdən birini tutmuşdur.

"Kontakt Home" mağazalar şəbəkəsi davamlı olaraq inkişaf üzərində çalışır və bu məqsədlə istedadlı mütəxəssislərin cəlb olunması, onların inkişafı, mütəmadi təhsili, peşəkarlıq səviyyəsinin yüksəldilməsi və işgüzarlıq keyfiyyətlərinin artırılması üzrə fəal iş aparır.
Bizim şən və mehriban kollektivimizə, həmçinin dolğun korporativ həyatımıza qoşulmaq istəyirsinizsə, öz  CV-nizi hr@kontakt.az e-mail ünvanına göndərə bilərsiniz.

Vacancy: Mağaza direktorunun köməkçisi (Gəncə)

Tələblər:

• Ali təhsil
• İnzibati sahədə iş təcrübəsi- 1 il
• Ofis proqramları ilə iş təcrübəsi (MS Word, MS Excel, MS Outlook)
• Yüksək səviyyədə Azərbaycan və Rus dili bilikləri mütləqdir 
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Müştərilərlə davranış etikası

Vəzifələr:

• Mağaza rəhbərinə İnzibati dəstək
• Sənədlərin və qiymətlərin çap olunması
• Məhsulların düzgün yerləşdirilməsinə nəzarət
• Təmizliyə və səliqə-səhmana riayət olunmasına nəzarət

İş barədə məlumat

• Əmək məcəlləsinə uyğun sənədləşmə
• İş qrafiki: I-V iş günləri (10:00-19:00), VI,VII istirahət günləri

Qeyd: mağaza Gəncə şəhərində yerləşir

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlər mövzü yerində “Mağaza direktorunun köməkçisi (Gəncə)” qeyd edərək CV formasını hr@kontakt.az elektron ünvanına göndərməklə müraciət edə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP