Mühasib
Otel
İş yeri (şəhər): Şamaxı Əmək haqqı: 500-600 AZN
İş şəraiti:
• Bazar ertəsi – cümə: saat 09:00 - 18:00 • İşçi Bakı şəhərindən və ya başqa rayondan olarsa, şirkət tərəfindən oteldə qalmağa yer və yeməklə ilə təmin olunur
Son tarix : 2018-10-31 E-poçt: sara.humbatova@nbgroup.az
İş barədə məlumat
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək; - Vergilərin və DSMF ayırmalarının düzgün hesablanılması və vaxtında dövlət büdcəsinə köçürülməsi; - Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq mühasibat uçotunun aparılması; - Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi; - Xərc smetalarin icrası, mal satışı, işlərin görülməsi və xidmətlərin görülməsinin uçotunu aparır; - Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsinə nəzarət və iştirak - E-Qaimə Faktura, Elektron Vergi Hesab Fakturalarının tərtib olunması və göndərilməsi - Vergi, DSMF, Statistika idarəsinə illik, rüblük.aylıq hesabatların hazırlanması - Rəhbərliyin verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək - Ödənişləri nəzarətdə saxlamaq - Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət; - Gündəlik və aylıq daxili maliyyə hesabatlarının hazırlanması. - Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.
Tələblər
- Ali təhsil (mühasibat, maliyyə, iqtisadiyyat) - Minimum 2 il müvafiq sahə üzrə iş təcrübəsi. - Yaş həddi 25-45 - MS Office - Word, Excel, 1C (8.2) proqramlarını mükəmməl bilməli - Riyazi qabiliyyəti mükəmməl olmalı - Vergi qanunvericiliyini bilmək - Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı - İdarəetmə, analitik düşünmə, düzgünlük və təşkilatçılıq qabiliyyəti olmalı
CV-ləri mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını göstərərək sara.humbatova@nbgroup.az ünvanına göndərə bilərsiniz.
|