Korporativ Hüquq şöbəsinin Hüquqşünası
 
JOB TITLE: Korporativ Hüquq şöbəsinin Hüquqşünası
EMPLOYER: Kapital Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-08 LAST UPDATED: N/A DEADLINE: 2018-11-07

Korporativ Hüquq şöbəsinin Hüquqşünası

Ümumi məlumat

Kapital Bank namizədləri Hüquq Departamentinin Korporativ Hüquq şöbəsinin Hüquqşünası vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Bankdaxili korporativ idarəetmə məsələlərində zəruri hüquqi dəstəyin göstərilməsi;
• Müqavilə, məktub və digər sənədlərin hazırlanması;
• Müxtəlif bank məhsullarına dair hüquqi dəstəyin göstərilməsi, yerli və xarici qanunvericiliyin araşdırılması;
• Hüquqi rəylərin verilməsi;
• Hüquqi sorğuların cavablarının hazırlanmasında iştirak;
• Bankın bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılması prosesində iştirak;
• Bankın fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasının həyata keçirilməsi;

Tələblər

• Ali hüquqi təhsil;
• Bank təcrübəsi üstünlük təşkil edir;
• Əla səviyyədə Azərbaycan və İngilis dili biliyi;
• Mülki, əmək, vergi, bank qanunvericiliyi üzrə biliklər;
• Yüksək yazılı və şifahi ünsiyyətqurma bacarığı;
• Məxfilik, dəqiqlik, təhliletmə qabiliyyəti;
• Vaxtın düzgün idarəedilməsi qabiliyyəti;
• Komanda tərkibində işləmək bacarığı;

CV-lərinizi, mövzu hissəsində “Korporativ Hüquq şöbəsinin Hüquqşünası” qeyd etməklə hkc@kapitalbank.az e-mail ünvanına göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP