Baş Energetik
 
JOB TITLE: Baş Energetik
EMPLOYER: Veysəloğlu Şirkətlər Qrupu DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

Şirkət haqqında:

1994-cü ildə əsası qoyulmuş Veysəloğlu Şirkəti 2017-ci ildən 12 şirkət və 10.000 nəfərdən artıq əməkdaşla Veysəloğlu Şirkətlər Qrupu olaraq fəaliyyətinə davam edir. Qrupun tabeliyinə Ulduz şokolad fabriki, Veysəloğlu MMC, Araz Supermarket MMC, OBA Retail Chain MMC, Entree, AVT Logistika, AVT Construction, Vesta Horeka, Tru Vega, Veysəloğlu Gürcüstan kimi şirkətlər daxildir.

2018-ci ildə ciddi böyümələr planlayan Veysəloğlu Şirkətlər Qrupu öz karyerasını Şirkətdə qurmaq istəyən namizədləri işə qəbul müsahibələrində iştirak etməyə dəvət edir.

Vəzifə - Baş Energetik
İş yeri - Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
Təhsil: Müvafiq sahə üzrə ali təhsil

İşin Təsviri – Avadanlıqların və binaların fasiləsiz enerji təchizatı ilə təmin olunmasının və enerji sərfiyyatının səmərəli şəkildə istifadəsinin təşkili.

Vəzifə öhdəlikləri:

- Market binalarının, o cümlədən istehsalat və inzibati binaların daxili və xarici işıqlandırma sistemlərinin, aşağı və yüksək gərginlikli elektrik təchizatı şəbəkələrinin nəzarətini təmin etmək;
- Elektrik təchizatı və işıqlandırma üzrə layihə və işçi sənədlərinin işlənilməsi və quraşdırılmasını həyata keçirmək;
- Layihə sənədlərini razılaşdırmaq və ekspertizasında iştirak etmək;
- Sifarişçidən və avadanlıq istehsalçılarından lazımi məlumatları əldə etmək;
- Yeni tikiləcək obyektlərin elektrik təchizatını təmin etmək;
- Market daxilində və xaricində yerləşən elektrik təsərrüfatına nəzarəti təmin etmək;
- Tələb olunan texniki sənədlərin hazırlanmasını yerinə yetirmək;
- Marketlərin elektrik-enerji təchizatı sisteminə profilaktik texniki xidmətin göstərilməsinə nəzarət etmək;
- Aparılan elektrik quraşdırma işlərinə daim nəzarət etmək;
- Elektrik təsərrüfatında işləyən işçilərə təlimat vermək;
- Təhlükəsizlik texnikasına, əmək mühafizəsinin qaydalarına və yanğın təhlükəsizliyinə riayət etmək.

Tələblər:

- MS Office proqramlarını bilmək;
- Texniki şərtnamələri bilmək;
- AutoCad proqramını bilmək üstünlükdür;
- İngilis və rus dili biliyi üstünlükdür.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: cv@veyseloglu.az elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Baş Energetik” yazıb CV göndərməklə müraciət edilir.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP