Daxili Auditor
 
JOB TITLE: Daxili Auditor
EMPLOYER: Finca Azerbaijan LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: 2018-10-10 DEADLINE: 2018-11-08

İş Elanı №226/15

FINCA Impact Finance” Afrika, Avrasiya, Latın Amerikası və Orta Şərqin 20 ölkəsində fəaliyyət göstərən törəmə şirkətləri vasitəsilə bir milyondan çox müştəriyə maliyyə xidməti göstərən aparıcı qlobal mikromaliyyə şəbəkələrindən biridir.

Vəzifənin Məqsədi:

Daxili Auditor “FINCA Azerbaijan” əməliyyatlarının davamlı təftişini həyata keçirməyə məsuldur. Müştərilərin sahə təftişləri, “FINCA Azerbaijan” bütün şöbələrinin fəaliyyətlərinin qəbul olunmuş siyasət və prosedurlara (FİNCA Azerbaijan-nın digər təlimatları da daxil olmaqla) uyğunluğunu dəyərləndirmək üçün həyata keçirdiyi təftişlər də daxil olmaqla digər audit tapşırıqlarını yerinə yetirəcəkdir. Daxili Auditor daxili nəzarətin davamlı gücləndirilməsinə kömək etmək məqsədi ilə Audit Menecerinə mütəmadi hesabatlar hazırlayıb təqdim edəcəkdir.

Vəzifənin əsas bilik və bacarıq tələbləri:

• Akkreditə olunmuş ali təhsil müəssisəsində Maliyyə və ya hüquq sahəsi üzrə bakalavr təhsili;
• Beynəlxalq firmada daxili audit, əməliyyatlar, mühasibatlıq, biznes analizi və ya proqram qiymətləndirilməsi sahəsində 3 il tam ştatlı təcrübə;
• Riskin idarə edilməsi, nəzarət mexanizmləri və müasir nəzarət strukturları barədə müəyyən edilmiş praktik biliklər;
• Kompyüter sahəsində, o cümlədən elektron mətnlər, cədvəllər, sistemdaxili sənədləşmələr və digər biznes proqramlarında hesabatların hazırlanması, məlumat qeydiyyatının və analizlərin  aparılması üzrə biliklər;
• Məlumatların toplanması, analizi, məlumat və sistemlərin qiymətləndirilməsi və məntiqi nəticələrin çıxarılması üzrə bacarıq;
• Azərbaycan dilində effektiv şifahi və yazılı ünsiyyət qurma, o cümlədən fəal dinləmə, tapıntıların və təkliflərin təqdim edilməsi bacarığı, rus və ya ingilis dillərindən birində sərbəst ünsiyyət qurma;
• Müştərilər, komanda yoldaşları, digər işçi heyəti ilə həmahəng iş münasibətləri qurmaq və qoruyub saxlamaq, peşəkar komanda mühitində effektiv fəaliyyət göstərmək bacarığı;
• Dəqiqlik, detallara fikir vermək, şəffaflığa bağlılıq;
• Azərbaycan Respublikasında Micromaliyyə və Bank sektoru/bazarı barədə biliklərə malik olması üstünlüyü;    
• Ölkədaxili ezamiyyət etmək imkanı.                                                                                                                                                                                

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 21 Oktyabr 2018-ci il tarixindən gec olmamaq şərtilə recruitment@fincaazerbaijan.com elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (226/15) qeyd etməklə göndərə bilərsiniz.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP