Aparıcı Aqronom ( Saatlı )
 
JOB TITLE: Aparıcı Aqronom ( Saatlı )
EMPLOYER: Company DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən yeni bir şirkət “Aparıcı Aqronom” vəzifəsinə işə qəbul elan edir.

İş yeri: Saatlı rayonu

Tələblər:

• Aqronomluq sahəsi üzrə ali təhsil;
• Kənd təsərrüfatı məhsullarının istehsal texnologiyası sahəsində ümumi bilik və təcrübə;
• Kənd təsərrüfatı bitkilərinin xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri sahəsində ümumi bilik və təcrübə;
• Dənli bitkilərin (buğda, arpa, qarğıdalı, günəbaxan, soya və s.) yetişdirilməsi üzrə ən azı 10 il iş təcrübəsinə malik olmaq;
• Dənli bitkilərin yetişdirilməsi üzrə texnoloji prosesləri bilmək;
• Analitik düşünmə qabiliyyəti;
• Ona tabe olan işçiləri idarə etmək bacarığı;
• Qoyulmuş məqsədlərə nail olmaq bacarığı;
• Yüksək kommunikasiya bacarığı;
• Kompüter bilikləri: MS Office, Outlook;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili (üstünlükdür);

Vəzifə və öhdəliklər:

• Müəssidə əvvəlcədən hazırlanmış bitki yetişdirilməsi texnoloji prosesləri üzrə işi icra etmək, əməliyyatlara nəzarət etmək və dəstək olmaq;
• Kənd təsərrüfatı bitkilərinin gübrələmə, dərmanlama, suvarma rejimlərini idarə etmək;
• Çiləyici texnikaların  və biçin texnikasının quruluşunu bilməsi, kənd təsərrüfatı texnikasını sazlamaq barədə biliklərə və bacarıqlara sahib olmaq;
• Xarici və yerli kənd təsərrüfatı texnikasının (avtomoatik və qoşqulu), həmçinin, torpağın becərilməsi və gübrələnməsi üçün istifadə edilən texnikaların, səpici maşınların işinin təşkil edilməsilə bağlı biliklərə və təcrübəyə malik olmaq;
• Bitkilərin yetişdirilməsi ilə bağlı hesabatın hazırlanması;
• Kənd təsərrüfatı bitkilərinin yetişdirilməsi və inkişafına mütəmadi olaraq nəzarət etmək;
• Müəssisədə toxumçuluğun planlaşdırılması və bu prosesi idarə etmək;
• Görülən işlər barədə hesabatların və iş planlarının tərtib etmək;

İş səraiti:

• Yaşayış yeri, nəqliyyat, mobil telefonla danışıq xərcləri müəssisə tərəfindən təmin olunur.
• Maaş: razılıq yolu ilə
• İş vaxtı: 6 iş günü

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini agroparkrecruitment@gmail.com elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını e-mail-in mövzu hissəsində “Aparıcı Aqronom” qeyd etməyiniz xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP