Korporativ kreditlər üzrə menecer
 
JOB TITLE: Korporativ kreditlər üzrə menecer
EMPLOYER: AFB Bank DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

AFB Bank Korporativ kreditlər üzrə menecer vəzifəsinə vakansiya elan edir.

Vəzifə: Korporativ kreditlər üzrə menecer

İş qrafiki: 09:00 - 18:00 (Bazar ertəsi - Cümə)
Ünvan: Bakı şəhəri.

NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:

• Ali təhsil (iqtisadi, maliyyə, dəqiq elmlər üzrə təhsil);
• Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi. Ən azı 1 il rəhbərlik təcrübəsi;
• Bank (kredit və qeyri-kredit) məhsulları üzrə dərin biliklərə və geniş məlumatlara malik olması;
• MBNP-nin, Mərkəzi Bankın, bu sahəyə aid olan qayda və normativləri bilmək
• Gərgin iş qrafikində işləmək bacarığı;
• Maliyyə və kredit analizi bilikləri
• Azərbaycan və rus dillərin səlis danışmaq bacarığı, ingilis dili bilənlərə üstünlük verilir;
• Ofis Proqramlarından mükəmməl istifadə bacarığı.

İŞİN TƏSVİRİ:

• Korporativ kreditlər bazasının genişləndirilməsi üçün potensial müştəriləri müəyyən etmək;
• Banka yeni müştərilər cəlb edilməsi məqsədi ilə müştərilərlə birbaşa əlaqələr qurmaq, kredit və qeyri-kredit məhsullarının satışların həyata keçirilməsini təşkil etmək;
• Tabeçiliyində olan əməkdaşların işini gündəlik olaraq planlaşdırmaq, koordinasiya və nəzarət etmək;
• Tabeçiliyində olan əməkdaşlardan daxil olan Korporativ kreditlər və sənədli əməliyyatlar üzrə daxil olan müraciətlərə qısamüddətdə baxıb Kredit Komitələrinə təqdim olunmasını təşkil etmək;
• Müştərilərin davamlı olaraq ziyarət edilməsini təşkil etmək;
• Vəzifə funksiyalarından irəli gələn digər öhdəlikləri yerinə yetirmək.

Uyğun namizədlərdən CV-lərini mövzu sətrində “Korporativ kreditlər üzrə menecer” qeydi edərək cv@afb.az elektron ünvanına göndərməyinizi xahiş edirik.
 

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP