Subroqasiya şöbəsinin hüquqşünası
 
JOB TITLE: Subroqasiya şöbəsinin hüquqşünası
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

 «Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Subroqasiya şöbəsinin  hüquqşünası

Namizədə tələblər

• Xanım və bəy namizədlər
• Yaş: 22-30
• Təhsil: Ali hüquq təhsili mütləqdir.
• İş təcrübəsi: təcrübəsi olanlara üstünlük verilir.
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Zərər vuran şəxsləri müəyyən edib şirkətə dəvət  etmək
• Zərər vuran şəxslərlə müvafiq müqavilələr bağlamaq
• Borclulardan pul vəsaitlərinin yığaraq şirkətin xəzinəsinə təhvil vermək
• Subroqasiya işlərinin icraçıya göndərmək və bağlanmış işləri arxivləşdirmək
• Subroqasiya işlərinin təhlili istiqamətində şirkətin digər struktur bölmələri ilə əməkdaşlıq etmək
• Digər sığorta şirkətlərinin subroqasiya tələblərini təhlil edib ödənişin aparılıb və ya aparılmaması barəsində yazılı təkliflər hazırlamaq
• Subroqasiya məsələləri ilə bağlı Şirkətin və idarənin rəhbərliyi tərəfindən verilən tapşırıqları yerinə yetirmək

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 5 gün /09: 00-dan 18:00 dək.
• Sabit əmək haqqı sınaq müddətində 400 AZN
• Sınaq müddətindən sonra 500 AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Subroqasiya şöbəsinin hüquqşünası  ” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP