Texniki ekspertiza şöbəsinin mütəxəssisi
 
JOB TITLE: Texniki ekspertiza şöbəsinin mütəxəssisi
EMPLOYER: Ateshgah Sigorta DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-09 LAST UPDATED: N/A DEADLINE: 2018-11-08

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hal hazırda Bakı şəhərində və regionlarda fəaliyyət göstərən 24 filialda, 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Hörmətli namizəd!

İnanırıq ki, bizim komandanın bir üzvü olaraq, yaxın gələcəkdə Sizin ilk peşəkar uğurlarınıza sevinəcəyik!

Texniki ekspertiza şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Bəy namizədlər
• Yaş: 22-30
• İş təcrübəsi: avtomobil xidməti, servisi, ehtiyat hissələrinin satışı üzrə iş təcrübəsi arzuolunadır.
• Təhsil: Ali və ya orta texniki
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(arzuolunandır)

Əsas vəzifə öhdəlikləri

• Zədələnmiş nəqliyyat vasitələrinə texniki baxış keçirmək və dəymiş zərəri müəyyən etmək
• Zərərçəkmiş şəxslərə zəng etmək və onların nəqliyyat vasitələrinə baxış keçirilməsi yerini müəyyən etmək
• Nəqliyyat vasitələrinin texniki xidmət servislərində zədələnmiş detallarının fotoşəkillərini çəkmək
• Baxış aktlarını tərtib etmək
• Qiymətləndirilmə aktlarını tərtib etmək
• Ehtiyyat hissələrinin bazarını araşdırmaq
• Texniki xidmət stansiyaları tərəfindən təqdim olunmuş zərər aktlarını yoxlamaq
• Texniki xidmət stansiyalarına təyinatı üzrə nəqliyyat vasitələrini göndərmək
• Qiymətləndirilmə zamanı sığortalılar və ya 3-cü şəxslərin dələduzluq faktlarını müəyyən etmək
• Texniki xidmət stansiyalarında təmir edilmiş nəqliyyat vasitələrinin  dəyişdirilmiş detallarının zərər aktlarına uyğun təhvil alınması prosesini  təşkil etmək
• Texniki ekspertiza şöbəsinin fəaliyyətini əks etdirən hesabatlar tərtib etmək              
• Birbaşa rəhbərin tapşırıq və göstərişlərini yerinə yetirmək.

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı : həftə içi 09: 00-dan 18:00 dək. (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Sabit əmək haqqı sınaq müddətində 500 AZN
• Sınaq müddətindən sonra  600  AZN

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini recruiting@ateshgah.com -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Texniki ekspertiza şöbəsinin mütəxəssisi   ” qeyd etmələri xahiş olunur.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP