Satış müdiri ( lokal )
 
JOB TITLE: Satış müdiri ( lokal )
EMPLOYER: Atena Group CSC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-10 LAST UPDATED: 2018-10-10 DEADLINE: 2018-11-09

SATIŞ MÜDİRİ (LOKAL)

İş barədə məlumat:

• İçində olduğu sektoru izləmək, şirkətin fəaliyyətinə ve siyasətinə təsir edəcək yeniliklər haqqında rəhbərliyə məlumat vermək, mövcud vəziyyəti analiz etmək və tövsiyələr vermək;
• Şirkətin müştərilərlə əlaqələrini inkişaf etdirmək;
• Satış nöqtələri ilə əldə edilən razılaşmaya əsasən (rəf payı, düzülüş) tətbiq edilən kampaniyaların şərtlərinin yerinə yetirilib yetirilmədiyini yoxlamaq və hesabat halına salmaq; 
• Müştəri bazasını genişləndirmək üçün strateji plan hazırlamaq və hədəflərə nail olmaq;
• Perspektiv və cari satış planlarını işləmək;
• Reklam və marketinq materiallarının hazırlanmasını təşkil etmək;

Tələblər:

• Satış rəhbəri vəzifəsində 7 ildən az olmayaraq iş təcrübəsi;
• Azərbaycan, İngilis və Rus dilləri;
• Liderlik keyfiyyətləri;
• Planlaşdırma və təşkiletmə bacarıqları;
• MS Office proqramlarından yaxşı istifadə etmək  bacarıqları.

Şəxsi keyfiyyətlər:

• Yaradıcı, məsuliyyətli, kreativ olmalı, kollektivlə işləməyi bacarmalıdır;
• Problem həlletmə, idarəetmə bacarığına, müstəqil qərarvermə və ünsiyyət qurmaq qabiliyyətlərinə malik olmalı, təşəbbüskarlığı yüksək səviyyədə olmalıdır;
• Dəqiq, qərəzsiz olmalı və analiz, təklif vermə qabiliyyətinə sahib olmalı;

Digər məlumatlar:

- iş rejimi: Həftə içi  -  5 günlük
- nahar -  şirkət tərəfindən təşkil edilib

Vakansiya ilə maraqlanan şəxslər şəkilli CV-ni mövzu yerinə "Satış müdiri" yazmaqla cv@atena.az ünvanına göndərə bilərlər.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP