Əmlakın qiymətləndirilməsi üzrə mütəxəssis
 
JOB TITLE: Əmlakın qiymətləndirilməsi üzrə mütəxəssis
EMPLOYER: FM Consulting DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-10 LAST UPDATED: N/A DEADLINE: 2018-11-09

Əmlakın qiymətləndirilməsi üzrə mütəxəssis tələb olunur.

Öhdəliklər:

1.Qiymətləndirmə üçün təqdim olunan sənədlərin ibtidai təhlili
2. Əmlakın identifikasiyası ( baxış keşirilməsi) qiymətləndirmə üzrə hesabatın tərtibi
3.Əmlakın qiymətləndirilməsi və təstiqi və əsaslandırılması

Tələblər:

1. Ali təhsil(İqtisadiyyat üzrə)
2. Müvafiq sahədə iş təcrübəsi (ən azı- 1 ildən aşağı)
3.Qiymətləndirmə fəaliyyətini tənzimləyən qanun və normativ aktlar haqqında ətraflı nəzəri və praktiki bilik
4. Xarici dil bilikləri üstünlük təşkil edir.

Əmək haqqı: 300-500 AZN təşkil edir

Şirkət haqqında:

FM Consulting  Məhdud Məsuliyyətli Cəmiyyəti  2012-ci ildə dövlət qeydiyyatından keçərək qiymətləndirmə şirkəti kimi fəaliyyət göstərməkdədir. Şirkət hüquqi və fiziki şəxslərə Azərbaycan Respublikasının «Qiymətləndirmə fəaliyyəti haqqında» Qanununa, Beynəlxalq Qiymətləndirmə Standartlarına (BQS), əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq müxtəlif əmlak növlərinin qiymətləndirilməsi xidmətini göstərir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti və "Əmlak Bazarı İştirakçıları" İB-nin üzvüdür. Göstərdiyimiz nəticələr sayəsində bir sıra kommersiya banklarının,  xarici və yerli şirkətlərin rəğbətini qazanmışıq. “FM Consulting” məhdud məsuliyyətli bütün növ əmlakların (müəssisələrin, sığorta hadisələrinin və s.) rəsmi qiymətləndirilməsini həyata keçirmək məqsədi ilə yaradılmışdır. Şirkət hazırda, Bakı şəhərində yerləşən əsas ofisində çalışan yüksək ixtisaslaşdırılmış əməkdaşları və zəruri bilik və ixtisaslara malik, təcrübəli partnyorları vasitəsi ilə öz müştərilərinə xidmətlərini təklif edir.

Ünvan: Süleyman Rəhimov küçəsi, 179A, Avenue Veraj (Jale Plaza), 2-ci mərtəbə
Əlaqə nömrəsi : +994 55 827 63 31
E-mail : info@fm-consulting.az

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP