KOMMERSİYA DİREKTORU
İş barədə məlumat:
- Qida məhsulları bazarını araşdırmaq, məhsula olan tələbatı müəyyən etmək və onun istehsal ilə uzlaşdırılması üçün təkliflər vermək; - Şirkətin məhsullarının tanıtımı, brendləşməsi və səmərəli satışını təşkil etmək; - Satışa nəzarət etmək; - İxracı təşkil etmək; - Xarici ölkə bazarlarını araşdırmaq, potensial müştərilər cəlb etmək; - Xarici ölkələrdə Şirkətin məhsullarının təşviqini və satışını təşkil etmək; - Daxili və xarici yeni müştərilərə qiymət təklifləri vermək, müştəri əlaqələrini idarə etmək; - Distribusiyaya nəzarət etmək; - Aylıq satış və istehsal planlarını uzlaşdırmaq; - Baş İcraçı Direktorun marketinq və satış üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirmək.
Tələblər:
- Ali təhsil - Qida məhsullarının bazarı, tədarükü və satışı üzrə 10 illik təcrübə; - Müasir ticarət (Modern Trade) / Pərakəndə zəncirləri kanalında ən azı 5 illik satış təcrübəsi; - Qida məhsullarının marketinqi, tədarükü və satışı sahəsində ən azı 3 illik rəhbərlik təcrübəsi; - Azərbaycan, İngilis və Rus dillərini mükəmməl bilmək; - Yüksək ünsiyyətqurma bacarığı; - Komandada işləmə bacarığı; - Liderlik keyfiyyətləri; - Planlaşdırma və təşkiletmə bacarıqları; - “Route to Market” metodologiyasını bilmək; - MS ofis proqramlarından yaxşı istifadə etmək bacarıqları.
Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu yerinə "Kommersiya direktoru" yazmaqla hr.insanresurslari@gmail.com ünvanına göndərə bilərlər.
|