Şirniyyat üzrə Aşpaz Köməkçisi
 
JOB TITLE: Şirniyyat üzrə Aşpaz Köməkçisi
EMPLOYER: Fairmont Baku, Hotels & Residences DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-11 LAST UPDATED: N/A DEADLINE: 2018-11-10

Bölmə:             Qida və İaşə
Şöbə:               Kulinariya
Vəzifə:              Şirniyyat üzrə Aşpaz Köməkçisi
Kimə məruzə edir:  Baş Aşpaz

ƏMƏK FUNKSİYALARI:

Şirniyyat üzrə Aşpaz Köməkçisi aşağıdakı öhdəliklərə görə məsuliyyət daşıyır, lakin öhdəlikləri bununla məhdudlaşmır və fəaliyyəti barədə Baş Aşpaza məruzə edir:

• Şirkətin standartlarına xas bir şəkildə keyfiyyətli, sanballı və gözəl təqdim edilən qida məmulatlarını hazırlamaq.
• Bütün instruksiya və reseptlərin müvafiq şəkildə icra edilməsindən əmin olmaq.
• Gündəlik fəaliyyət üçün lazım olan hazır yarımfabrikat məmulatları təşkil etmək.
• İş yerinin və avadanlıqların səliqəli və təmiz qaydada, sanitariya qaydalarına müvafiq şəkildə saxlamaq.
• Çatışmamazlıqlar olarsa, xəbərdarlıq etmək.
• Qida təhlükəsizliyi prosedurlarına və təhlükəsiz iş mühitinin yaradılması qaydalarına  riayət etmək və digərlərini də sövq etmək.
• Ərzaq ehtiyatlarının müvafiq şəkildə saxlanılmasını təmin etmək.
• Davamlı şəkildə yeni qabiliyyət və bacarıqların, üsullarının öyrənilməsinə can atmaq.
• Şöbənin fəaliyətini mükəmməlləşdirmək üçün daima yeni təkliflər etmək.
• İlkin və sonrakı təlimlərdə fəal iştirak etmək.
• Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq. 
• Digər mümkün vəzifələr

İXTİSAS TƏLƏBLƏRİ:

• Mətbəxdə əvvəlki iş təcrübəsi olmaq.
• Kulinariya sənətinə və Qonaqların sifarişlərinin icra edilməsində həvəsli olmaq.
• Qonaqlarla və əməkdaşlarla sıx iş münasibətləri qurmaq.
• Liderlik və işi daha da irəli aparmaq qabiliyyətinə malik olmaq. 

E - mail : aze.careers@fairmont.com

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP