İnsan Resursları üzrə Menecer – İRM
 
JOB TITLE: İnsan Resursları üzrə Menecer – İRM
EMPLOYER: Millikart LLC DUTY STATION: Azerbaijan
PUBLISHED: 2018-10-12 LAST UPDATED: 2018-10-12 DEADLINE: 2018-11-11

Şəhər- Bakı
Yaş- 24 - 40 yaş
Təhsil – Ali

İş barədə məlumat

- HR strategiyasının hazırlanması, izlənməsi və inkişaf etdirilməsi;
- Vəzifə təlimatlarının hazırlanması;
– Vəzifələr üzrə kvalifikasiya və səriştəlik tələblərinin müəyyən edilməsi;
– Vakansiyaların elan edilməsi və namizədlərin seçilməsi;
– İşə qəbul və oriyentasiya planının hazırlanması və proseslərinin idarə olunması;
– Kadr bazasının yaradılması;
– Şirkət daxili prosedurların hazırlanması;
– İşçilərin təlim və motivasiya ehtiyaclarının müəyyən olunması;
– Təlimlərin planlaşdırılması, həyata keçirilməsində təşkilatı işlərin idarə olunması;
– Xidməti fəaliyyətin qiymətləndirilməsi sisteminin qurulması, həyata keçirilməsi;
– İşçilərin şəxsi işlərinin formalaşdırılması və qeydiyyatının aparılması, əmək müqavilələrinin, vəzifə təlimatlarının hazırlanması, elektron Hökumət Portalına daxil edilməsi, sosial sığorta şəhadətnamələrinin sifariş olunması;
- Sənədləşmə işlərinin mövcud qanunvericiliyə uyğun aparılması;
- İş qrafiki: 09:00-18:00;
- Əmək haqqı: 640 AZN;

Namizədə tələblər

-  Azərbaycan , rus və ingilis dilini mükəmməl bilməli;
 - MS Office proqramlarını, xüsusilə MS Excel proqramını yaxşı səviyyədə bilməli;;
-  AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini mükəmməl səviyyədə bilməli;
-  İnsan resurslarının idarəolunması, funksiyaları, prosedurları haqqında biliyə sahib olması;
-  İşəqəbul prosesinin əsas qaydalarını bilməli;
-  Elektron Hökumət Portalı ilə yüksək səviyyədə işləmə bacarığı;
 - Hüquq və ya insan resursları sahəsində ali təhsil;
 - Məsuliyyətli, diqqətcil və dəqiq, səbirli, mülayim, stressə dözümlü, gərgin iş rejimində çalışmaq qabiliyyəti;

Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “İnsan Resursları üzrə Menecer – İRM” qeyd edərək hr@millikart.az elektron ünvanına 26  oktyabr 2018-ci il tarixinədək CV göndərməsi tələb olunur. Müsahibə göndərilmiş CV əsasında aparılacaq.

Go back to Hot Vacancies

 
© Copyright 2006—2018 www.JobSearch.az  
Developed by MicroPHP